Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Bakıda yataqxanada yanğın olub

Bakıda yataqxanada yanğın olub

Date: 5 January 2016 16:09

Bu gün Bakı şəhər Nizami rayonunda məcburi köçkünlərin yaşadığı yataqxana binasında yanğın olub. Lent.az-ın məlumatına görə, "Laçın" ticarət mərkəzinin arxasında yerləşən beşmərtəbəli binada saat 15:20 radələrində yanğın başlayıb. Hadisə yerinə 18 saylı Hərbiləşdirilmiş Yanğından Mühafizə İdarəsinin əməkdaşları cəlb edilib və binanın 2-ci mərtəbəsindəki yanğın dərhal söndürülb.

 

Hadisə vaxtı yuxarı mərtəbələrdə yaşayan insanlar binanın dəhlizi tüstüyə büründüyündən aşağı düşə bilməyiblər və xilasedicilər onları təxliyə edib.

 

Yanğın zamanı xəsarət alan olmayıb.





Tags:  Bakıda yataqxanada yanğın olub

RƏYLƏR


Top news