Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

​Türkiyənin yeni Konstitusiya layihəsində muxtariyyət məsələsi nəzərdə tutulmayıb

​Türkiyənin yeni Konstitusiya layihəsində muxtariyyət məsələsi nəzərdə tutulmayıb

Date: 5 January 2016 16:22

Bakı. 5 yanvar. REPORT.AZ/ Türkiyənin yeni Konstitusiya layihəsində muxtariyyət və ya vilayət məsələləri nəzərdə tutlmayıb.
"Report" Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu hakim Ədalət və İnkişaf Partiyasının ötən dövr ölkə parlamentinə təqdim etdiyi Konstitusiya Uzlaşma Komissiyasına təqdim etdiyi layihədə öz əksinin tapmayıb.
Həmin layhidə aşağıdakı təkilflər də var:
- prezidentin səlahiyyət müddəti 5 ildir. Bir nəfər ən çoxu iki dəfə prezident seçilə bilər;
- parlamenti seçkisində 5 faizdən çox səs alan partiyalar və 100 min seçici prezidentliyə namizəd irəli sürə bilər;
- prezident seçilən millət vəkilinin deputat səlahiyyətləri nə son verilir;
- prezident dövlət başçısıdır. İdarəetmə onun səlahiyyətləinrə aiddir və s.
Qeyd edək ki, ötən gün Türkiyənin baş naziri Əhməd Davudoğlu Milliyyətçi Hərəkat Partiyasının sədri Dövlət Bahçeli ilə görüşündə yeni Konstitusiya layihəsini və ölkədəki vəziyyəti müzakirə edib. Dövlət Bahçelinin yeni Əsas Qanun layihəsindəki muxtariyyət və prezidentliklə bağlı tənqidinə cavab olaraq, yuxarıda qeyd etdiyimiz maddələr də yayılıb. 

Tags:  Türkiyənin yeni Konstitusiya layihəsində muxtariyyət məsələsi nəzərdə tutulmayıb

RƏYLƏR


Top news