Litva Saula döyüşünün 780-ci ildönümünü qeyd edəcək

Litva Saula döyüşünün 780-ci ildönümünü qeyd edəcək
16:23 5 Yanvar 2016
18 Digər
Ölkə mətbuatı
A- A+


Vilnüs 5 yanvar, AZƏRTAC
Bu il Litva Saula ətrafında döyüşün 780-ci ildönümünü qeyd edəcək.
Keçən il oktyabrın 20-də Litva seymi 2016-cı ili Saula ətrafında döyüş ili elan edib. Həmin döyüşdə qazanılmış tarixi əhəmiyyətli qələbə Litvanı və bütün baltik dövlətlərini Avropa tarixinə yazıb və Litva dövlətinin bərqərar olmasına yol açıb.
Beləliklə, Litva dövləti Saula ətrafında döyüşün ildönümünü və Litva dövlətçiliyinin bərpasının 100 illiyini qarşılamağa hazırlaşır. Bu münasibətlə Saula ətrafında döyüş yerinin turizm, tanışlıq, mədəni-maarifçilik fəaliyyəti üçün uyğunlaşdırılması işləri başa çatdırılacaq.
Parlamentarilər bir məqama diqqəti cəlb edirlər ki, 2000-ci ildə Litva və Latviya parlamentləri Saula ətrafında döyüşün əhəmiyyətini təsdiqləyərək, 22 sentyabr tarixini Baltik xalqlarının Həmrəylik Günü elan ediblər.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Vilnüs

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Litva_Saula_doyusunun_780_ci_ildonumunu_qeyd_edecek-916196

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR