"Qarabağ" getdi

"Qarabağ" getdi
16:27 5 Yanvar 2016
24 İdman
Ölkə mətbuatı
A- A+

"Qarabağ" mövsümün ikinci yarısına hazırlıq məqsədilə bu gün Antalyaya yola düşüb.


Qol.Az-ın məlumatına görə, Ağdam təmsilçisi yanvarın 24-dək Türkiyədə təlim-məşq toplanışında olacaq.


Qurban Qurbanovun komandası Antalyada 4 yoxlama görüşü keçirəcək. Yanvarın 16-da "Traktor Sazi" (İran) ilə ilk oyununa çıxacaq Ağdam təmsilçisi 4 gün sonra "Diosqior"la qarşılaşacaq. 


"Qarabağ" yanvarın 23-də isə iki oyun keçirəcək. Əvvəlcə, Avstriyanın "Admir Vaker" klubu ilə qarşılaşacaq son Azərbaycan çempionu daha sonra "Yaqelloniya" (Polşa) ilə üz-üzə gələcək. 


Fanat.az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotqarabaquot-getdi-t46583.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR