Şamaxıda ötən il bal istehsalı 12 ton artıb

Şamaxıda ötən il bal istehsalı 12 ton artıb
16:28 5 Yanvar 2016
21 Digər
Ölkə mətbuatı
A- A+


Şamaxı, 5 yanvar, AZƏRTAC
Şamaxı rayonunda ötən il 48,5 ton bal istehsal olunub. Bu da inişilki göstəricidən 12 ton çoxdur.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a verilən məlumatda bildirilir ki, keçən il bölgədə arı ailələrinin sayı da artıb. Belə ki, ailələrin sayı 2014-cü ilə nisbətən 251 qutu artaraq 5111-ə çatıb.
Arıçılığın inkişafı, hər şeydən əvvəl təsərrüfatın bu sahəsinə marağın artmasının nəticəsidir. Təsadüfi deyildir ki, Şamaxı arıçıları Bakıda təşkil olunan ənənəvi bal satışı yarmarkasına keçən il 3,5 ton məhsul çıxarıblar. Bu da 2014-cü ildə təşkil olunan satış yarmarkaya çıxarılan məhsuldan 1,5 ton çoxdur.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Samaxida_oten_il_bal_istehsali_12_ton_artib-916198

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR