Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna 70 milyon manata yaxın vəsait yığılıb

Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna 70 milyon manata yaxın vəsait yığılıb
16:33 5 Yanvar 2016
21 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 5 yanvar, AZƏRTAC
Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna bu il yanvarın 1-dək 69 milyon 847 min 993,83 manat, 211 min 791,88 ABŞ dolları və 1793,69 avro vəsait yığılıb.
Bu barədə AZƏRTAC-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 17 avqust tarixli Fərmanı ilə yaradılıb.
Fond Azərbaycan Respublikası Silahlı Qüvvələrinin müasir tələblər səviyyəsində inkişafını təmin etmək, onun maddi-texniki bazasını möhkəmləndirmək və zəruri sosial tədbirləri maliyyələşdirmək məqsədilə yaradılmışdır. Fondun maliyyə mənbəyi Azərbaycan Respublikası Silahlı Qüvvələrinin maddi-texniki və sosial bazasının möhkəmləndirilməsinə maliyyə köməkliyi məqsədilə Azərbaycanın ərazisində fəaliyyət göstərən hüquqi və fiziki şəxslərdən könüllülük əsasında daxil olan maliyyə vəsaiti və qanunvericiliklə qadağan olunmamış digər daxilolmalardır.
Fondun əsas vəzifəsi Azərbaycan Respublikasının etibarlı müdafiəsi üçün Silahlı Qüvvələrin inkişafını və onun maddi-texniki bazasının möhkəmləndirilməsini, həmçinin hərbi qulluqçuların sosial müdafiəsinin daha da gücləndirilməsini təmin etməkdir.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycan_Respublikasinin_Silahli_Quvvelerine_Yardim_Fonduna_70_milyon_manata_yaxin_vesait_yigilib-916200

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR