Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

ATƏT-dəki nümayəndə heyətimiz dəyişir

ATƏT-dəki nümayəndə heyətimiz dəyişir

Date: 5 January 2016 16:39

 

Azərbaycanın ATƏT Parlament Assambleyasındakı (PA) nümayəndə heyətinin tərkibində dəyişiklik olacaq.

 

Nümayəndə heyətinin hazırkı rəhbəri, Milli Məclis (MM) sədrinin müavini Bahar Muradova APA-ya bildirib ki, nümayəndə heyəti üzvlərinin yarısının dəyişdirilməsi gözlənilir.

 

Bu ayın ortasına kimi MM sədri Oqtay Əsədov tərəfindən ATƏT PA-ya bununla bağlı məktub ünvanlanacağını deyən B. Muradova qeyd edib ki, yeni tərkib rəhbərlik tərəfindən təsdiqlənib, məktub göndərildikdən sonra açıqlanacaq.

 

Qeyd edək ki, Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyəti 6 deputatdan ibarətdir.  


Tags:  ATƏT-dəki nümayəndə heyətimiz dəyişir

RƏYLƏR


Top news