Ukraynada Rusiyaya ixracın məhdudlaşdırılmasından dəyən ziyanı hesablayıblar

Ukraynada Rusiyaya ixracın məhdudlaşdırılmasından dəyən ziyanı hesablayıblar
16:48 5 Yanvar 2016
18 Digər
Ölkə mətbuatı
A- A+


Kiyev 5 yanvar, AZƏRTAC
Embarqo üzündən Rusiya Federasiyasına ixracın azalması 450 milyondan 600 milyonadək dollar məbləğində ziyana gətirib çıxara bilər.
AZƏRTAC Ukrayna KİV-lərinə istinadla xəbər verir ki, bu barədə Ukraynanın ticarət nümayəndəsi Natalya Mikolskaya deyib.
Ziyanın maksimum məbləği təxminən 600 milyon dollardır. N.Mikolskaya fikrinə aydınlıq gətirərək deyib: “İxrac həcminin azalmasının ilkin hesablanması maksimum 600 milyon dollardır. Lakin 2015-ci ildə ixracın düşmə dinamikası nəzərə alınarsa, onda biz təxminən 450 milyon dollar barədə danışırıq”.
Xatırladaq ki, Rusiya 2016-cı il yanvarın 1-dən Ukrayna istehsalı olan kənd təsərrüfatı məhsullarının, xammalın və ərzağın idxalına qadağa qoyub. Bundan başqa, yanvarın 1-dən Rusiya Federasiyası ilə azad ticarət zonasının fəaliyyəti dayandırılıb. Onun şərtlərinə əsasən Ukrayna məhsulları Rusiya ərazisinə sıfır gömrük tarifi üzrə daxil olurdu. Yeni ildən Ukrayna malları üçün tarif orta hesabla 6 faiz olacaq.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Ukraynada_Rusiyaya_ixracin_mehdudlasdirilmasindan_deyen_ziyani_hesablayiblar-916205

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR