Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Quba-Xınalıq yolunda avtomobillərin hərəkəti tezliklə bərpa olunacaq

Quba-Xınalıq yolunda avtomobillərin hərəkəti tezliklə bərpa olunacaq

Quba-Xaçmaz yolunda qəza: Xəsarət alan var (22 Mart 2017 18:52)
Bakı-Quba yolunda ağır qəza: ölən var (16 Mart 2017 10:29)
Bakı-Quba yolunda QƏZA: sürücü öldü (27 Fevral 2017 04:53)

Tarix: 5 Yanvar 2016 16:48


Quba, 5 yanvar, Elxan Yusifli, AZƏRTAC
Güclü qar yağması səbəbindən bağlanan 57 kilometr uzunluğundakı Quba-Xınalıq yolunda avtomobillərin hərəkətinin yanvarın 6-dan etibarən bərpa olunacağı gözlənilir.
Qubadakı 6 saylı yol istismar idarəsinin sahə rəisi Bilal Sultanov AZƏRTAC-a bildirib ki, hazırda idarənin ağır texnikaları və canlı qüvvəsi yolun 37-ci kilometrliyində işləyir. Quba-Xınalıq yolunun bəzi hissələrində qar uçqununun olması işləri çətinləşdirir. Yolun tezliklə qardan təmizlənməsi üçün gecə saatlarında da işlər davam etdiriləcək.
Hazırda Xınalıqla yanaşı, həmin istiqamətdə yerləşən Bostankeş və Qalaxudat kəndləri ilə nəqliyyat əlaqəsi kəsilib.








Teqlər:  Quba-Xınalıq yolunda avtomobillərin hərəkəti tezliklə bərpa olunacaq



RƏYLƏR


Top xəbərlər