Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Nizami rayonunda yataqxanada baş verən yanğınla əlaqədar 20 nəfər təxliyə olunub

Nizami rayonunda yataqxanada baş verən yanğınla əlaqədar 20 nəfər təxliyə olunub

Date: 5 January 2016 16:48


Bakı, 5 yanvar, AZƏRTAC
Yanvarın 5-də gündüz saatlarında paytaxtın Nizami rayonunda beşmərtəbəli yataqxana binasında yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, hadisə nəticəsində binanın ikinci mərtəbəsində ümumi sahəsi 15 kvadratmetr olan mənzil və üçüncü mərtəbədəki mənzilin eyvanında quraşdırılmış kondisioner yanıb.
Yanğınsöndürən tərəfindən 20 sakin təxliyə edilib, digər mənzillər yanğından mühafizə olunub. Alov saat 15:55-də söndürülüb.

Tags:  Nizami rayonunda yataqxanada baş verən yanğınla əlaqədar 20 nəfər təxliyə olunub


RƏYLƏR


Top news