İranın Azərbaycandakı səfirlyindən sünni alimlərin edam xəbərinə MÜNASİBƏT

İranın Azərbaycandakı səfirlyindən sünni alimlərin edam xəbərinə MÜNASİBƏT
16:49 5 Yanvar 2016
31 Ölkə
Ölkə mətbuatı
A- A+

İran İslam Respublikasının Azərbaycandakı səfirliyi Azərbaycan Respublikasının bəzi kütləvi informasiya vasitələrində İranda bir sıra Əhli-sünnə alimlərinin edam edilməsi ilə bağlı yayılmış xəbərlərə münasibət bildirib Lent.az-ın məlumatına görə, səfirliuin yaydığı açıqlamada bildirilir: "Çox təəssüflər olsun ki, bəziləri bu kimi yalan xəbərləri yaymaqla Səudiyyə Ərəbistanının hakimləri tərəfindən Ərəbistan şiələrinin rəhbəri Şeyx Baqir ən-Nimrin məzlumcasına şəhid edilməsi hadisəsini kölgədə saxlamaq və beləliklə də şiə və Əhli-sünnə məzhəbləri arasında müharibəyə şərait yaratmağa çalışırlar.

İran İslam Respublikasının Səfirliyi İslam dünyasında hər növ təfriqə və ixtilaf yarada biləcək əməlləri qınayır və bu kimi əsassız və yalan xəbərlərin yayılmasını İslam düşmənlərinin dəyirmanına su tökmək kimi qiymətləndirir. Eyni halda kütləvi informasiya vasitələrinə belə bir həssas dönəmdə yalnız doğru xəbərləri yaymaqla öz insansevər vəzifələrinə əməl etməyi tövsiyə edir".


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/227567

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR