Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Bakıda jurnalisti döyüb öldürənlərin məhkəməsi başladı

Bakıda jurnalisti döyüb öldürənlərin məhkəməsi başladı

Date: 5 January 2016 16:56

Bakı Ağır Cinayətlər Məhkəməsində jurnalist Rasim Əliyevi öldürməkdə təqsirləndirilənlrin məhkəmə prosesi başlayıb. Hazırlıq iclası Elşən İsmayılov, Camal Məmmədov, Arif Əliyev, Kənan Mədətov və Samir Mustafayevin işi üzrə keçirilir. İclasda iş üzrə ittiham aktı elan olunub.

İclas hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilib.

Məhkəmə iclasında zərəçəkmiş tərəfin vəkilləri çıxış edərək işə yenidən baxılması üçün istintaqa qaytarılmasını, R.Əliyevin müalicə həkimlərinin şahid qismində çağırılmaları barədə vəsatət qaldırıblar.

Qeyd edək ki, avqustun 8-də saat 18.00 radələrində Bakı şəhər sakini, 1984-cü il təvəllüdlü Əliyev Rasim Məmmədəli oğlu Səbail rayonu, Bayıl qəsəbəsi ərazisində fəaliyyət göstərən “Bayıl market” mağazasının qarşısında bir qrup naməlum şəxslər tərəfindən döyülərək çoxsaylı bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib. O, aldığı xəsarətlərdən avqustun 9-da saat 05.00 radələrində orada vəfat edib.

Faktla bağlı Bakı Şəhər Prokurorluğunun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, şəhər prokurorluğu və şəhər Baş Polis İdarəsinin əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb.

E.İsmayılov, C.Məmmədov, A.Əliyev, K.Mədətov və S.Mustafayev barəsində həbs qətimkan tədbiri seçilib.
“Qəbələ” klubunun sabiq kapitanı Cavid Hüseynov da R.Əliyevin döyülərək qətlə yetirlməsi ilə əlaqədar açılan cinayət işi üzrə şübhəli şəxs qismində saxlanılıb.

Dekabrın 22-də Bakı Şəhər Prokurorluğunda başlanan cinayət işinin istintaqı tamamlanıb. K.Mədətov, C.Məmmədov və S.Mustafayevin Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə ittiham aktı təsdiqlənərək baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Dekabr ayında öldürülən jurnalist Rasim Əliyevin döyüldüyü anın video görüntüləri yayılıb. ANS PRESS-in məlumatına görə, video görüntülərdə Rasim Əliyevin avqustun 8-də futbolçu Cavid Hüseynovun qohumları ilə görüşü və onun vurulması əksini tapıb.


Tags:  Bakıda jurnalisti döyüb öldürənlərin məhkəməsi başladı

RƏYLƏR


Top news