Həmsədrlər Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünü təşkil etməyə çalışacaq

Həmsədrlər Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünü təşkil etməyə çalışacaq
16:58 5 Yanvar 2016
27 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Anaxanım Hidayətova - Trend:

Birillik fasilədən sonra Azərbaycan və Ermənistan prezidentlərinin Bern görüşü olduqca vacib idi. Bunu Trend-ə ATƏT-in amerikalı həmsədri Ceyms Uorlik deyib.

Onun sözlərinə görə, sıçrayışa nail olunmasa da, həmsədrlər cari ildə də prezidentlərin görüşünü təşkil etməyə çalışacaqlar: "Tərəflər baş tutmuş görüşdə təmas xəttində atəşkəs rejiminin pozulması daxil olmaqla bir sıra məsələləri, eləcə də münaqişənin nizamlanması ilə bağlı təklifi müzakirə ediblər. Həmsədrlər iki ölkənin xarici işlər nazirləri ilə münaqişənin nizamlanmasına dair sazişin əldə edilməsi, zorakılığın yaranması risklərinin azaldılması tədbirləri və Dağlıq Qarabağın icmaları arasında dialoqun gələcək inkişaf proqramı üzrə işi davam etdirəcəklər".

Diplomat qeyd edib ki, ABŞ-ın münaqişə ilə bağlı mövqeyi dəyişməz olaraq qalır və Birləşmiş Ştatlar Minsk qrupu həmsədrlərinin münaqişənin davamlı həlli yollarının axtarışı üzrə səylərini dəstəkləyir: "Biz tərəflərə qarşıdakı sammitə konstruktiv yanaşmağı və münaqişənin tənzimlənməsində tərəqqinin əldə olunması imkanından istifadə etməyi təklif edirik".

Xatırladaq ki, 2015-ci il dekabrın 19-da Berndə Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyanın növbəti görüşü keçirilib. Görüşdə iki ölkənin xarici işlər nazirləri və ATƏT-in Minsk qrupunun həmsədrləri də iştirak ediblər.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/karabakh/2476950.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR