Luis Enrike: "Zidanın məşqçilik fəaliyyəti haqqında heç bir fikrim yoxdur"

"Espanyol"la görüş ərəfəsində "Barselona"nın baş məşqçisi Luis Enrikenin mətbuat konfransı keçirilib.

Katalan klubunun çalışdırıcısı, Rafael Benitesin istefaya göndərilməsi və Zinədin Zidanın "Real"a baş məşqçi təyin olunmasına belə münasibət bildirib:

"Benitesin istefası məni təəccübləndirmədi. Bu, müasir futbol üçün yeni bir şey deyil. Biri gəlir, biri gedir. Hamımız bu prosesdən keçirik.

Zidan? Onun məşqçilik fəaliyyəti haqqında heç bir fikrim yoxdur.

Oyunçu kimi onunla bağlı hansısa xoşagəlməz xatirəm yoxdu: nə müsbət, nə mənfi.

Sabahkı oyuna gəlincə, TuranVidal meydana çıxa bilərlər. Nə qədər oynayacaqlarını bilmirəm. Amma onlar əla formadadılar".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR