ATƏT PA-da nümayəndə heyətimizin tərkibi dəyişdirilir

ATƏT PA-da nümayəndə heyətimizin tərkibi dəyişdirilir
17:17 5 Yanvar 2016
23 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycanın ATƏT Parlament Assambleyasındakı (PA) nümayəndə heyətinin tərkibində dəyişiklik olacaq.

Nümayəndə heyətinin hazırkı rəhbəri, Milli Məclis (MM) sədrinin müavini Bahar Muradova APA-ya bildirib ki, nümayəndə heyəti üzvlərinin yarısının dəyişdirilməsi gözlənilir.
 
Bu ayın ortasına kimi MM sədri Oqtay Əsədov tərəfindən ATƏT PA-ya bununla bağlı məktub ünvanlanacağını deyən B.Muradova qeyd edib ki, yeni tərkib rəhbərlik tərəfindən təsdiqlənib, məktub göndərildikdən sonra açıqlanacaq. 
 
Qeyd edək ki, Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyəti 6 deputatdan ibarətdir. 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/395445.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR