Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

“Yeni söz” ədəbi yaradıcılıq müsabiqəsi bu il baş tutmayacaq

“Yeni söz” ədəbi yaradıcılıq müsabiqəsi bu il baş tutmayacaq

Date: 5 January 2016 17:18


Bakı, 5 yanvar, AZƏRTAC
Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin “Yeni söz” ədəbi yaradıcılıq müsabiqəsi keçirilməyəcək.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, təqdim olunan əsər sayının azlığı, nümunələrin müvafiq tələblərə cavab verməməsi səbəbindən ədəbi yaradıcılıq müsabiqəsi bu il baş tutmamış elan olunub.
Qeyd edək ki, “Yeni söz” ədəbi yaradıcılıq müsabiqəsi Tərcümə Mərkəzi tərəfindən gənc yazarlara diqqət və qayğının artırılması, Azərbaycan dilində yazılmış ən yaxşı bədii nümunələrin dünya oxucusuna çatdırılması məqsədi ilə təsis edilib.

Tags:  Yeni söz ədəbi yaradıcılıq müsabiqəsi bu il baş tutmayacaq


RƏYLƏR


Top news