"Bunu oğlumun ruhu şad olsun deyə elədim"

"Bunu oğlumun ruhu şad olsun deyə elədim"
17:22 5 Yanvar 2016
187 Digər
Ölkə mətbuatı
A- A+

Məni bu aylarda dəstəkləyən, acımı hiss edib, mənimlə bərabər ağlayan dostlar, sizə necə təşəkkür edəcəyimi bilmirəm. Çoxlarınız məni heç real həyatda görməmisiniz, tanımırsınız. Amma bir doğma insan kimi acım acınız oldu. "Çox sağ olun" kəlməsi belə azdır.

Axşam.az-ın məlumatına görə, bu sözləri ATV-nin aparıcısı Afaq Gəncəli sosial şəbəkədə yazıb. O, oğlu Qədirxan dünyasını dəyişən zaman yanında olan hər kəsə təşəkkür edib:

"Allah sizi var eləsin. Qədirxanım hər zaman məni gülərüz və güclü görmək istəyirdi. Balamın istəyini həyatda heç vaxt ürəyində qoymadığım üçün mən yenidən işimə-gücümə qayıtdım. Mələyimin ruhu şad olsun deyə...

Mənə dəstək olan bütün dostlarım, tanıyıb tanımadığım gözəl qəlbli insanlar, Allah sizdən razı olsun. Hətta sosial şəbəkədə oturub, savadsızlıqları ucbatından onu-bunu qınayanlar da sağ olsun. Allah sizi o qədər xoşbəxt etsin ki, işsizlikdən İnstaqram-da oturub, insanları qınayasınız. Allah köməyiniz olsun".

Qeyd edək ki, A.Gəncəlinin övladı xərçəng xəstəliyindən əziyyət çəkirdi.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/395448.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR