Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Bakıda ilin ilk günlərində iki ana və körpə doğuşda öldü

Bakıda ilin ilk günlərində iki ana və körpə doğuşda öldü

Date: 5 January 2016 17:26

Bakıda doğuş vaxtı ana və körpə ölümləri baş verib. ANS PRESS-in lent.az-a istinadən verdiyi məlumata görə, hadisələrdən biri Bakı Sağlamlıq Mərkəzində qeydə alınıb. Mərkəzdə təbii doğuş həyata keçirən 1984-cü il təvəllüdlü Ağayeva Günay Məmmədağa qızının vəziyyəti pisləşdiyindən həkimlər qadının qeysəriyyə əməliyyatı ilə övladını dünyaya gətirməsini məsləhət görüb. Əməliyyat zamanı əvvəlcə uşaq, daha sonra isə qadın dünyasını dəyişib.

Oxşar hadisə yanvarın 2-də Respublika Klinik Xəstəxanasında baş verib. 1993-cü ildə Goranboyda anadan olan və Gəncədə qeydiyyata düşmüş Abbasova Ülviyyə Elçin qızı qeysəriyyə əməliyyatı zamanı vəfat edib.

Məlumata görə, Ü.Abbasova bir müddət imiş ki, xəstəxanada müalicə olunurmuş. Qadının hamiləliyinin 35-36-cı həftəsində əməliyyatla ölü döl doğulub. Daha sonra 23 yaşlı qadının halı daha da pisləşib və onu xilas etmək mümkün olmayıb.

Hər iki faktla bağlı araşdırma aparılır.

Tags:  Bakıda ilin ilk günlərində iki ana körpə doğuşda öldü

RƏYLƏR


Top news