Britaniyanın Avropa İttifaqında qalması ilə bağlı yenidən danışıqlar aparılacaq

Britaniyanın Avropa İttifaqında qalması ilə bağlı yenidən danışıqlar aparılacaq
17:33 5 Yanvar 2016
19 Digər
Ölkə mətbuatı
A- A+


London, 5 yanvar, AZƏRTAC 
Baş nazir Devid Kemeron Böyük Britaniyanın Avropa İttifaqında qalması ilə bağlı yenidən danışıqlar aparacaq.
2017-ci ildə keçiriləcək referendumdan qabaq səsvermə kampaniyalarının təşkil edilməsinə dair hələlik qərar qəbul edilməyib. İndiyədək Britaniyanın Baş naziri ölkənin nazirlərinin Avropa İttifaqında qalması ilə bağlı kampaniyalar keçirməsinə icazə vermişdi, amma bəzi nazirlər qurumdan çıxmağın daha faydalı olacağını düşünürdülər.
Növbəti danışıqlardan sonra referendumdan əvvəlki səsvermə kampaniyalarının həm Avropa İttifaqında qalmaq, həm də təşkilatdan çıxmaqla bağlı aparılması planlaşdırılır.
Orxan İsmayılov
AZƏRTAC-ın xüsusi müxbiri
London

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Britaniyanin_Avropa_Ittifaqinda_qalmasi_ile_bagli_yeniden_danisiqlar_aparilacaq-916221

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR