Ötən il 9047 radioelektron vasitə qeydiyyata alınıb

Ötən il 9047 radioelektron vasitə qeydiyyata alınıb
17:38 5 Yanvar 2016
25 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 5 yanvar, AZƏRTAC
Yanvarın 1-nə olan məlumata görə, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Dövlət Radiotezliklər İdarəsində (DRİ) 478 radiotezlik istifadəçisi (müəssisə, idarə, təşkilat və fiziki şəxslər) qeydiyyatdadır.
AZƏRTAC idarənin saytına istinadən xəbər verir ki, onlardan 70 istifadəçi dövlət, 338-i kommersiya, 31-i xarici təşkilat, 39 istifadəçi isə fiziki şəxslərdir. 2015-ci il ərzində 9047 radioelektron vasitə (REV) DRİ-də qeydiyyata alınıb. İdarədə qeydiyyatda olan REV-in ümumi sayı 49 min 688 ədəd təşkil edir.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Oten_il_9047_radioelektron_vasite_qeydiyyata_alinib-916224

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR