Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Bakıda oteldə yaşayan Sinqapur vətəndaşı qəfil öldü

Bakıda oteldə yaşayan Sinqapur vətəndaşı qəfil öldü

Date: 5 January 2016 17:39

Bakıda Sinqapur vətəndaşı ölüb.

 

Lent.az-ın məlumatına görə, Neftçilər prospektində yerləşən "Park İnn" otelində qalan 1972-ci il təvəllüdlü Şamoon Con Kennedinin halı qəfil pisləşib. Ürək ağrılarından şikayətlənən 44 yaşlı sinqapurlu təcili olaraq Mərkəzi Neftçilər Xəstəxanasına aparılıb. Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

 

Qeyd edək ki, Ş.C.Kennedi Bakıdakı şirkətlərdən birində texnik vəzifəsində çalışırmış.


Tags:  Bakıda oteldə yaşayan Sinqapur vətəndaşı qəfil öldü

RƏYLƏR


Top news