Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Daş karxanasında baş vermiş yanğınla bağlı məlumat yayıldı

Daş karxanasında baş vermiş yanğınla bağlı məlumat yayıldı

Bakı metrosundakı tüstülənmənin qarşısı alındı - (15 Mart 2017 21:36)
FHN: Bakı metropolitenində tüstülənmənin qarşısı alınıb (15 Mart 2017 21:09)

Tarix: 5 Yanvar 2016 17:44

Bakı şəhər Prokurorluğu Qaradağda baş vermiş yanğınla bağlı məlumat yayıb. Prokurorluqdan Lent.az-a daxil olan məlumatda bildirilir ki, yanvarın 1-də saat 01 radələrində Qaradağ rayonunun Qızıldaş qəsəbəsində yerləşən “Gülbaxt” daş karxanası kompleksində fəaliyyət göstərən “Kristal” MMC-yə məxsus konteyner tipli istirahət otağında yanğın baş verib və həmin otaqda 1968-ci il təvəllüdlü, Ağcabədi rayon sakini, “Kristal” MMC-də usta işləmiş Abbas Aslanovun yanmış meyiti aşkar edilib.

 

Bakı şəhər və rayon prokurorluqlarının, rayon polis idarəsinin, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin və məhkəmə-tibb ekspertlərinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, hadisə yerindən maddi sübutlar götürülüb və digər prosessual hərəkətlər yerinə yetirilib. Faktla bağlı Qaradağ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə  cinayət işi başlanıb və müvafiq ekspertizalar təyin edilib. Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir. 


Teqlər:  Daş karxanasında baş vermiş yanğınla bağlı məlumat yayıldı



RƏYLƏR


Top xəbərlər