"Bəzi sünni alimlərin edam edilməsi barədə xəbərlər yalandır" - İranın səfiri

"Bəzi sünni alimlərin edam edilməsi barədə xəbərlər yalandır" - İranın səfiri
17:47 5 Yanvar 2016
30 Digər
Ölkə mətbuatı
A- A+

İranın Azərbaycandakı səfirliyi İranda bəzi sünni alimlərinin edam edilməsi ilə bağlı yayılmış xəbərləri təkzib edən bəyanat yayıb.

Səfirlikdən APA-ya verilən məlumata görə, bəyanatda bildirilir ki, bəziləri bu kimi yalan xəbərləri yaymaqla Səudiyyə Ərəbistanının hakimləri tərəfindən Ərəbistan şiələrinin rəhbəri Şeyx Baqir ən-Nimrin məzlumcasına şəhid edilməsi hadisəsini kölgədə saxlamaq və beləliklə də şiə və Əhli-sünnə məzhəbləri arasında müharibəyə şərait yaratmağa çalışırlar:

"İranın Bakıdakı səfirliyi İslam dünyasında hər növ təfriqə və ixtilaf yarada biləcək əməlləri qınayır və bu kimi əsassız və yalan xəbərlərin yayılmasını İslam düşmənlərinin dəyirmanına su tökmək kimi qiymətləndirir. Eyni halda kütləvi informasiya vasitələrinə belə bir həssas dönəmdə yalnız doğru xəbərləri yaymaqla öz insansevər vəzifələrinə əməl etməyi tövsiyə edir".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/395455.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR