"Bir qadına bağlı insan olmuşam" - VİDEO - FOTO

"Bir qadına bağlı insan olmuşam" - VİDEO - FOTO
17:52 5 Yanvar 2016
42 Digər
Ölkə mətbuatı
A- A+

Sevilən aktyor, xalq artisti Rafael Dadaşov 70 yaşın kürəyini yerə vurdu. Onu təbrik etməzdən əvvəl 80-ci illərdə çəkilən və ekranlara çıxması ilə bütün Azərbaycanda məşhurluq qazanan "Səni axtarıram" televiziya tamaşasındakı iddialı və çox yaraşıqlı professor Vasif müəllim obrazını xatırladım: "Filosof olmusan, balam..."

İstər xarizmatik görünüşü, istər peşəkar oyun tərzi ilə sevilən və seçilən aktyorun təkcə bu obrazı deyil, istənilən rolu bu gün də yaddaşlarda təzədir. Bizi hələ nə qədər rollarla sevindirəcək...
 
Milli.Az xalq artistinin publika.az-a müsahibəsini təqdim edirik.
 
- Rafael müəllim, təbrik edirik, 70 yaşınız mübarək olsun...

- Çox sağ olun, amma heç özümün xəbərim yoxdur. 50 və 60 yaşım dövlət səviyyəsində qeyd olunub, amma 70 illik yubileydən hələ səs-soraq yoxdur.
 
- İnşallah, 70 yaşınız da təmtəraqla qeyd olunar. Ancaq inanın ki, bu 70 yaşı sizə heç yaraşdıra bilmirik. Yəqin, bizimlə eyni fikirdəsiniz, deyilmi?

- Elə həyatda ən böyük uduşum budur. 70 yaş Allahın mənə bəxşişidir. Ümumiyyətlə, ömrün hər artan yaşını Allahın hədiyyəsi kimi qəbul etmişəm. Tanrı bu yaşı da mənə nəsib etdi, bundan gözəl nə ola bilər? 

- Maraqlıdır, hansı yaşınızı daha çox sevmisiniz? 10, 20, 30, yoxsa 70-i?...

- Hər yaşımı sevmişəm. İndi 70 yaşımı sevirəm, çünki bu yaşa gəlib çatdım. Yetmiş yaş mənim üçün tapıntıdır. Tanrı mənə fürsət yaratdı və "götür, bu yaşı da sənə nəsib etdim" - söylədi.
 
- Deməli, Allahın şanslı bəndəsisiniz...

- Bu sözü mənə 2008-ci ildə ürək əməliyyatı keçirən zaman həkimim də demişdi. Əməliyyatdan bir müddət sonra çox şanslı insan olduğumu söylədi. Görünür, əməliyyat zamanı böyük bir həyati təhlükəni adlamışdım. Bəlkə, həmin vaxt həyatla vidalaşa da bilərdim.
 
- Siz nəinki insan, elə aktyor olaraq da, çox şanslısınız. Oynadığınız mükəmməl kişi obrazları və xarizmatik görünüşünüzlə də hər zaman xanımların xəyallarının şahzadəsi olmusunuz.

- Bizim gənclik vaxtlarımızda "top-model" sözü yox idi, lakin mən 1960-cı illərdə Azərbaycanın ilk top-modeli olmuşam. 

- Yəqin, buna görə tay-tuşlarınız arasında qürurlanırdınız?

- Yox, əksinə mən çox kompleksli olmuşam. İndinin özündə dənizə gedib, çimərlikdə çimmirəm. Bu, həm də yaratdığım obrazların aurası ilə bağlıdır.
 
- Çox güman ki, o vaxtlar top-modelin ətrafında çox xanımlar dolaşıb.

- Mən "odnolyub", yəni bir qadına bağlı insan olmuşam. Bir dəfə vurulmuşam, sevmişəm, evlənmişəm və uşaqlarım dünyaya gəlib. Həmin sevgi bu gün də mənimlədir.
 
- Bəs ən zəif nöqtəniz nədir?

- Çox kövrəyəm. Adi bir sözdən, bir filmin epizodundan, küçədə gördüyüm hansısa simadan qəhərlənib, dola bilərəm. Onu da deyim ki, kövrək adam heç vaxt pis insan ola bilməz. Belələrinə "Allah adamı" deyirlər. Rəhmətlik rejissorumuz Tofiq Kazımov tamaşanın məşqləri zamanı bir səhnədən kövrələr, dəsmalını çıxarıb gözünün yaşını silər, o saat da qəlyan çəkərdi.
 
- Əlbəttə, insan kövrəlirsə, demək, qəlbi, duyğusu var. Kövrək adamlar həm də tez ruhdan düşür. Siz necə, tez sınırsınız?

- Yox, sınan insan deyiləm. Mübarizə aparmağı xoşlayıram. Hər zaman mübarizədən qalib çıxdığımı deyə bilmərəm, amma təslim də olmuram. Nadir hallarda uğursuzluğa düçar oluram. Mübarizlik xüsusiyyəti doğulduğum oğlaq bürcünə də xasdır. Torpaq adamıyam, torpağa bağlıyam. Haqq uğrunda mübarizə aparan insanam.
 
- Görürəm, talismana, bürcə inanırsınız. Bəs möcüzələrə necə, inanırsınız?

- Bu həyat elə özü başdan-ayağa möcüzədir. İnsanın varlığı buna sübutdur. Qulaq eşidir, göz görür, ürək döyünür. Bəzən dayanan ürək yenidən döyünür...
 
- Anlamadım, yəni?

- Bir dəfə həkimdən soruşdum: "Məni öldürürsünüz, ürəyimi dayandırırsınız, sonra təzədən dirildirsiniz? Əlinizdə pult yox, xüsusi mexanizm yox, bu necə ola bilər axı? Əməliyyatı nəzərdə tuturam.
 
- Deməli, həkim sizi öldürüb və yenidən dirildib.

- Bəli, cərrah məni öldürdü və yenidən həyat verdi. Bunun özü də bir möcüzədir.
 
- Maraqlıdır, hansı xüsusiyyətinizə görə, özünüzə ürəkdolusu bir əhsən deyə bilirsiniz?

- Təvazökarlığıma görə. Başqalarında da bu keyfiyyəti qiymətləndirirəm. Heç vaxt yekəxana, yerini bilməyən adamları sevməmişəm.
 
- Bəs özünüzdə zəhlənizin getdiyi və zaman-zaman onunla mübarizə apardığınız xüsusiyyətiniz var?

- Əslində, səbirli insanam, lakin bəzi məqamlarda hövsələsiz oluram. Tutalım, bir işi axıra çatdırmaq lazımdır, amma mənim həvəsim, hövsələm çatmır və o işi yarımçıq qoyuram. Bu da mənə mane olur. Çox adam ali məktəbdə dərs deməməyimin səbəbini soruşur. Bunun bir səbəbi də hövsələsizliyimlə bağlıdır.
 
- Deyirlər, pul və qadın kişinin ən zəif nöqtəsidir. Bayaq "odnolyub" olduğunuzu qeyd etdiniz. Demək, qaldı pul...

- Qətiyyən. Pul dəyərli şeydir, amma gərək onun qulu olmayasan. Əgər pulun quluna çevrildinsə, evin yıxıldı.
 
- Etiraf edib-etməyəcəyinizi bilmirəm, amma yüzə-yüz əminəm ki, çox böyük sərvətə sahibsiniz... Sənətdə yaratdığınız obrazlarınızı nəzərdə tuturam. Bəs həyatda necə?

- Sənətdə ən böyük xəzinəm rollarım, həyatda isə sərvətim övladlarımdır. (kövrəlir) Övladlarımdan danışanda həmişə kövrəlirəm.
 
- Onlar həm də Tanrının sizə hədiyyəsidir. Hədiyyədən söz düşmüşkən, hədiyyə sevənsiniz?

- Hədiyyəni sevməyən insan yoxdur. Ancaq inanın, hədiyyə verməyi almaqdan daha çox xoşlayıram.
 
- Yəni sevinməkdən daha çox sevindirməyi xoşlayırsınız. Amma biz tamaşaçılar də çox şanslıyıq. Çünki siz bizim üçün ən böyük hədiyyəsiniz...

- Bu sözü mənə rəhmətlik anam da demişdi. Bilirsiniz, o da xalq artisti, sevilən aktrisa idi. Bir dəfə o mənə dedi ki, Rafael, sən Azərbaycan incəsənəti üçün bir hədiyyəsən.
 
- Sevilən aktyor, şanslı aktyor, böyük aktyor... Siz bunların hansını seçərdiniz?

- Çox zaman mənə deyirlər ki, böyük aktyorsan, özünü qoru, sonuncu magikansan, əvəzolunmazsan və s. Bir nəfər mənə brend olduğumu söyləmişdi. Bu söz çox xoşuma gəlmişdi.
 
- Çox xoşladığım "Səni axtarıram" televiziya tamaşasındakı professor obrazınız yadıma düşdü. Oradakı rəqsiniz obrazınızın xarakteri ilə necə də həmahəng idi. Bir tamaşaçı kimi o səhnədən həzz almışdım.

- Biri var verilən rolu ifa etmək, bir də var, onu yaratmaq. Təbii ki, rejissorun tapşırığını mükəmməl şəkildə  yerinə yetirmək özü bir sənətkarlıqdır. Amma rolu yaratmaq ayrı bir ustalıqdır. Rollarımı yaratmışam, bu səbəbdən, onlar yaddaşlarda qalıb, sevilib. Dediyiniz tamaşa 1985-ci ildə çəkilib, onda heç 40 yaşım tamam olmamışdı.  Üstündən 30 il keçib. İndi də səhnədə yaradıram, oynamıram.

- Həmişə də yaradın, biz də tamaşaçı olaraq, yaratdığınız rollara baxıb, zövq alaq.

- İnşallah!

  Milli.Az






RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün

Mikroavtobus partladı: xeyli sayda ölən var - PAKİSTANDA

26 Aprel 2017 16:12

Türkiyəli deputatlar AŞ PA-nın sessiyasında iştirak etməyəcəklər - ETİRAZ

26 Aprel 2017 16:12

Bakıdan qayıdan Timati xəstəxanaya yerləşdirildi

26 Aprel 2017 16:12

Müğənni Camala ərə getdi - toy FOTOları

26 Aprel 2017 16:12

“Avroviziya-2016”nın qalibi Bəkir Süleymanova ƏRƏ GETDİ - FOTO

26 Aprel 2017 16:08

Gürcüstanda cinayət törədib Azərbaycana qaçan silahlı ƏLƏ KEÇDİ

26 Aprel 2017 16:05

"Petkim"ə bu il təxminən 100 mln. dollar sərmayə yatırılacaq

26 Aprel 2017 16:02

Türkiyə Mərkəzi Bankı faizləri artırıb

26 Aprel 2017 16:02

“Baku Business Factory”də sudan ucuz və asan yollarla yanacaq qazı istehsal edən cihazın təqdimatı olub

26 Aprel 2017 16:02

Qorxunc HADİSƏ: azyaşlının üstündən iki maşın keçdi, SAĞ QALDI - ANBAAN VİDEO

26 Aprel 2017 15:58

AFFA-nın Futbol Akademiyasında UEFA-nın Pro kateqoriyalı məşqçi kursunun 1-ci moduluna start verilib

26 Aprel 2017 15:57

Azərbaycanın xarici ölkələrdəki ticarət nümayəndələrinə diplomatik pasport və rütbə veriləcək

26 Aprel 2017 15:57

​Daha az benzin işlədən avtomobillər bunlardır

26 Aprel 2017 15:54

Əli Həsənov: "Vaxtında və adekvat addımlar atılır"

26 Aprel 2017 15:53

Gürcüstanda cinayət törətmiş şəxs Azərbaycanda yaxalandı

26 Aprel 2017 15:49

Türkiyədə rus generalın MEYİTİ TAPILDI - FOTOLAR

26 Aprel 2017 15:48

Ekspert: "Metsamor" AES-in fəaliyyəti təkcə Azərbaycan yox, bütün region üçün təhlükədir"

26 Aprel 2017 15:47

Dünya çempionatının kubalı medalçısı Azərbaycan milli komandasına cəlb olunub

26 Aprel 2017 15:47

“Azərpoçt”un şöbəsindən dəmir seyf oğurlanıb

26 Aprel 2017 15:42

Eşidən onu görməyə qaçdı - Rus general yerin altından "çıxdı" - FOTO

26 Aprel 2017 15:42

Azərbaycanda ən çox bahalaşan xidmətlər açıqlanıb

26 Aprel 2017 15:42

Azərbaycanda uçan taksilər fəaliyyətə başlayır?

26 Aprel 2017 15:37

"Sahibkarlığa göstərilən dövlət qayğısı müxtəlif sahələrdə özünü büruzə verir"

26 Aprel 2017 15:37

"AŞ PA-nın qərarı Türkiyənin daha sərt cavab verməsinə səbəb ola bilər" - Ekspert

26 Aprel 2017 15:37

Qalmağa ev axtaran qadına kişilərdən əxlaqsız təklif...

26 Aprel 2017 15:36

“Android” smartfonlar bazarında mövqeyini möhkəmləndirməkdə davam edəcək

26 Aprel 2017 15:35

Deputat: “Avropa İttifaqı ilə başladılan yeni saziş Rusiya əleyhinə deyil”

26 Aprel 2017 15:33

Şou-biznes nümayəndələri deputat haqqında: “O, səsini satmağa hazırdır” - FOTOLAR

26 Aprel 2017 15:33

“Creditinfo-Azerbaijan”ın nizamnamə kapitalı 5 mln. manata yaxın olacaq

26 Aprel 2017 15:32

Putin: "Rusiya "üzən məzənnə"dən imtina etməyəcək"

26 Aprel 2017 15:32

Akademik Milli Dram Teatrı may ayına olan repertuarını açıqlayıb

26 Aprel 2017 15:32

Səlahət Ağayev “ağ-qara” formada: İlinə 270 min manat!

26 Aprel 2017 15:29

Bakıdan qayıdan Timati xəstəxanaya çatdırıldı

26 Aprel 2017 15:29

Qaramatın manifesti

26 Aprel 2017 15:27

Körpələrə Leysan, Qaroğlan, Tufanə kimi adlar verilib

26 Aprel 2017 15:27

"Türkiyə ilə bağlı qərar sübut etdi ki, AŞPA islamofob qüvvələrin təzyiq alətinə çevrilib"

26 Aprel 2017 15:27

Qızının cehiz pulunu verə bilməyən ana 9 İL HƏBS edildi

26 Aprel 2017 15:24

Mətanət Əliverdiyevanın qır-qızılı - FOTO

26 Aprel 2017 15:22

Hindistan səfiri BANM-də olub

26 Aprel 2017 15:22

Qaradağdakı məcburi köçkünlərin evləri sökülür? - RƏSMİ AÇIQLAMA

26 Aprel 2017 15:19

Damla, Şəbnəm Tovuzlu, Mətanət Əsədli...

26 Aprel 2017 15:19

MTN əməkdaşı: “Ədilovu Çovdarovun qəbuluna apardıq”

26 Aprel 2017 15:18

Sən demə, uzunmüddətli sevgi münasibətləri BUNUNLA BAĞLI İMİŞ

26 Aprel 2017 15:18

Rusiya qırıcısı qəzaya uğradı - Pilotlar axtarılır

26 Aprel 2017 15:17

Bakıda qızına cehiz alarkən dələduzluq edən qadın 9 il müddətinə azadlıqdan məhrum edilib

26 Aprel 2017 15:17

Azər Türk Bank ölkədə ilk Maliyyə və İnvestisiya Forumuna dəstək verir

26 Aprel 2017 15:17

Azərlə Zümrüdün romantik rəqsi - FOTO

26 Aprel 2017 15:12

Milli Gimnastika Arenasının direktoru Dünya Kubokunda tətbiq olunacaq yeniliklər haqqında - FOTO

26 Aprel 2017 15:12

BƏƏ-nin hərbçisi İran Hərbi Dəniz Qüvvələri ilə qarşıdurma nəticəsində ölüb

26 Aprel 2017 15:12

Premyer Liqanın daha bir yaxşısı bəlli oldu

26 Aprel 2017 15:12