Avro ucuzlaşmağa başlayıb

17:57 5 Yanvar 2016
Ölkə mətbuatı
A- A+

"Report"un analitik qrupu qeyd edir ki, avro/dollar məzənnəsi 2015-ci ilin dekabr ayında 1,0538-1,1059 USD/EUR diapazonunda dəyişib. Ümumilikdə isə ötən il avro dollara nəzərən 10,2% zəifləyib və 1,0860 USD/EUR səviyyəsinə enib. İllik müddətdə USD/EUR məzənnəsinin dəyişkənliyi  1,0456-1,2110 USD/EUR diapazonunda baş verib.
Avronun məzənnəsinin zəifləməsinə bu gün, yanvarın 5-də Avropa Mərkəzi Bankının (ECB) dekabr ayı üzrə nflyasiya göstəricisi səbəb olub. Ekspertlər və bazar iştirakçıları 0,3%-lik qiymət artımı gözlədiyi şəraitdə faktiki inflyasiya 0,2% təşkil edib. Bu da ECB-nin 2016-cı ildə monetar ekspansiyanı davam etdirməsinə səbəb ola bilər ki, bunun nəticəsində, avro ucuzlaşmağa başlayıb.
"Report"un analitik qrupu avronun dollarla qarşı məzənnəsinin yanvar ayında 1,02 USD/EUR səviyyəsinə qədər enməsi ehtimal edilir. Belə olarsa, Azərbaycanda avronun məzənnəsi 1,60 AZN/EUR-a düşə bilər.

Xəbərin orijinal ünvanı: http://report.az/maliyye/avro-ucuzlasmaga-baslayib11

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR