Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

“Unutmadıq-unutmarıq” aylıq fotomüsabiqə elan edilib

“Unutmadıq-unutmarıq” aylıq fotomüsabiqə elan edilib

Date: 5 January 2016 18:03


Bakı, 5 yanvar, AZƏRTAC 
Azərbaycan Fotoqraflar Birliyi və Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatlarının Forumu 2016-cı il yanvar ayı üçün “Unutmadıq-unutmarıq” aylıq fotomüsabiqə elan edir.
AZƏRTAC xəbər verir ki, yanvar ayında keçiriləcək aylıq müsabiqə 20 Yanvar faciəsinin 26-cı il dönümünə həsr edilir. Göndərilən işlər 5 və ya 10 şəkildən ibarət reportaj da ola bilər. Yalnız 20 yanvar gününü əks etdirən fotolar deyil, bu faciədə şəhid olan ailələrin, onların xatirəsini əks etdirən süjetli fotolar olmalıdır.
Fotolar yanvarın 28-dək musabiqeafb@gmail.com ünvanına göndərilməlidir. Müsabiqəyə təqdim olunacaq fotolar JPEG formatda, uzun tərəfi 1500 pikseldən yuxarı olmamalıdır. Hər iştirakçı müsabiqəyə 10-a qədər foto təqdim edə bilər. Münsiflərin lazım gəldikdə fotonun ilkin variantını tələb etmək hüququ var. Təqdim olunan fotoların üzərində heç bir müəllif imzası və ya loqosu yerləşdirmək və “Facebook” profilində paylaşmaq olmaz. Üzərində heç bir fotoredaktə proqramlarında əlavələr olunmamaq şərti ilə (real rəng, kontrast və s. kimi alətlərdən istifadə olunması mütləqdir), bu ilin yanvar ayında reportaj, bədii janrda çəkilmiş işlər qəbul edilir. Fotolarda əks olunmuş insanların razılığı fotoqrafın üzərinə düşür.
Fotolar “Facebook”da “AFB ayliq Müsabiqə” qrupunda yerləşdiriləcək. Müsabiqənin yekunu “Açıq qapı günü” toplantısında elan olunacaq.

Tags:  Unutmadıq-unutmarıq aylıq fotomüsabiqə elan edilib


RƏYLƏR


Top news