Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Ötən il Gürcüstana 1 milyondan çox azərbaycanlı gedib

Ötən il Gürcüstana 1 milyondan çox azərbaycanlı gedib

Date: 5 January 2016 18:04

 

2015-ci il ərzində Gürcüstana səfər edən azərbaycanlıların sayı açıqlanıb.

 

"APA-Economics" Gürcüstan Daxili İşlər Nazirliyinin açıqladığı statistikaya istinadən xəbər verir ki, ötən il Gürcüstana gələnlərin sayı 5 milyon 897 min 685 nəfər olub ki, bu da daha əvvəlki illə müqayisədə 6,9% çoxdur. Bu siyahıya Gürcüstana gələn və 24 saat müddətində qalan vətəndaşlar daxil edilib.

 

Azərbaycandan Gürcüstana 1 milyon 392 min insan səfər edib ki, bu da 2014-cü illə müqayisədə 8,5% çoxdur.

 

Ümumilikdə, siyahıya Ermənistan liderlik edir. Belə ki, ötən il bu ölkədən Gürcüstana 1 milyon 460 min şəxs səfər edib ki, bu da daha əvvəlki illə müqayisədə 10,7% çoxdur.

 

Türkiyədən Gürcüstana 1 milyon 391 min nəfər səfər edib ki, bu da 2014-cü illə müqayisədə 3,5% azdır.

Sosial səhif 


Tags:  Ötən il Gürcüstana milyondan çox azərbaycanlı gedib

RƏYLƏR


Top news