Girov götürülən 11 uşaq azad edildi

Girov götürülən 11 uşaq azad edildi
18:16 5 Yanvar 2016
20 Digər
Ölkə mətbuatı
A- A+

Amerikanın İllinoys ştatının De-Kalb şəhərində girov götürülən 11 uşaq və qadın xilas edilib.

ANS PRESS-in xarici mətbuata istinadən məlumatına görə, silahlı şəxs polis tərəfindən tutulub.

Hüquq mühafizə orqanlarından verilən məlumata görə, bıçaqla silahlanmış kişi ələ keçməmək üçün özünə ciddi xəsarət yetirib və ağır yaralanıb. Xəstəxanaya çatdırılan cinayətkarın vəziyyəti ağırdır. Girov götürülənlərin xəsarəti barədə məlumat verilmir.

Bundan əvvəl xəbər verilirdi ki, Amerikanın Corciya ştatında Atlanta yaxınlığında moteldə 11 uşaq və qadın girov götürülüb. Girovlardan 11 nəfəri 3 aylıq körpədən tutmuş 17 yaşa qədər uşaqlar olub.

Onların naməlum kişi tərəfindən saxlanıldığı bildirilirdi. Hadisə barədə isə elə girovlar arasında olan qadın 911-ə zəng vurmaqla xəbər verə bilib.

Yerli polisin məlumatına görə, insident mübahisədən sonra baş verib. Qadınla mübahisə edən naməlum kişi daha sonra moteldəki qonaqlarla otağa girərək qapını bağlayıb. Hadisə yerində polis və xilasedicilər bir neçə saat əməliyyat aparmalı olub.

2015-ci ilin noyabrında isə silahlı şəxslər Malinin paytaxtı Bomakonun mərkəzində yerləşən Radisson Hotelini zəbt edərək 170 nəfəri girov götürmüşdülər. Onlardan 140 nəfəri oteldə qalanlar, 30 nəfəri isə işçilər olmuşdu.



Malidə hotelə hücumdan


10 nəfərə yaxın silahlı avtomatlar vasitəsi ilə oteldəkilərə atəş açmışdılar. Hadisə nəticəsində 4 nəfərin öldüyü bildirilirdi. Keçirilən xüsusi əməliyyat tədbirləri nəticəsində digər girovları azad etmək mümkün olmuşdu.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=368942

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR