Azərbaycanlı müğənnidən 18+ təbrik - FOTO

Azərbaycanlı müğənnidən 18+ təbrik - FOTO
16:17 30 Dekabr 2014
266 Şou
Ölkə mətbuatı
A- A+

Müğənni Afaq Aslan Yeni ilin gəlişi ilə əlaqədar fərqli üslubda fotosessiyaya çəkilib.
 
Milli.Az xəbər verir ki, bununla bağlı atvxeber.az-a açıqlama verən müğənni bildirib ki, fotosessiyanın ideyası fotoqraf Reşana aiddir:
 
"Düşündük ki, Yeni ilin gəlişini daha fərqli formada təqdim edək. Qar qız obrazını canlandırdım. Əminəm ki, bizdə heç kimin bu cür rəngli və cazibədar fotosessiyası olmayıb. Bu şəkillərlə insanlara çatdırmaq istəmişik ki, önəmli olan çöldəki hava deyil, insanın daxilindəki havadır. Daxilən nə qədər təravətli, rəngarəng olsan, səni sevənlərə də bu gözəllikdən pay düşəcək. Bu fotolardan bəzilərini əvvəl sizə təqdim etmişdim. Çox böyük maraqla qarşılandı, hətta bəzi modellər zəng edib, təbrik etdilər, yaxşı mənada qısqandıqlarını söylədilər. Nə isə... Mən də öz Yeni il təbrikimi bu cür çatdırdım. Xalqımın hər bir nümayəndəsini çox istəyirəm. Allah bizi qorusun".
 
Qeyd edək ki, Afaq Aslan mərhum akademikimiz Aslan Aslanovun nəvəsidir.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.



Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/316747.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR