Dövlət Gömrük Komitəsinin daha bir xidməti elektronlaşdırılıb

Dövlət Gömrük Komitəsinin daha bir xidməti elektronlaşdırılıb
18:23 5 Yanvar 2016
33 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 5 yanvar, AZƏRTAC
Dövlət Gömrük Komitəsi tərəfindən "Fiziki şəxslər üçün sadələşdirilmiş bəyannamə” xidməti elektronlaşdırılaraq ”Elektron hökumət” portalına inteqrasiya edilib. Bununla da komitənin "E-hökumət” portalı üzərindən göstərdiyi elektron xidmətlərin sayı 9-a çatdırılıb. Yeni xidmət "Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları"nın və "Elektron xidmət növlərinin Siyahısı"nın təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli qərarında əks olunan tapşırıqların təmin olunması məqsədilə tətbiq olunub.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən AZƏRTAC-a bildirilib ki, vətəndaş Azərbaycan Respublikasının gömrük sərhədlərindən keçirdiyi mal və nəqliyyat vasitələrini bəyan etmək üçün elektron gömrük xidmətlərinin bu bölməsindən istifadə etməklə vaxtına qənaət edəcək. Bunun üçün vətəndaş e-gov.az portalına daxil olaraq elektron xidmətlərin içərisindən Dövlət Gömrük Komitəsinin təqdim etdiyi "Fiziki şəxslər üçün sadələşdirilmiş bəyannamə”ni seçib, gömrük bəyannaməsini doldurub, çap edib, sərhəddəki gömrük əməkdaşına təqdim etməlidir.
Gömrük sərhədlərindən keçirilən malın bəyan edilməsi prosesinin elektron təşkili bu sahədə işin operativliyinə və növbələrin azalmasına müsbət təsir göstərəcək.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Dovlet_Gomruk_Komitesinin_daha_bir_xidmeti_elektronlasdirilib-916242

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR