Yanğınsöndürmə balonları avtomobillərə necə yerləşdirilməlidir? - VİDEO

Yanğınsöndürmə balonları avtomobillərə necə yerləşdirilməlidir? - VİDEO
18:32 5 Yanvar 2016
47 Digər
Ölkə mətbuatı
A- A+

Artıq bir neçə gündür ki, avtomobilində qəza işarəsi, yanğınsöndürmə balonu və tibbi yardım çantası olmayan sürücülərə qarşı reydlər keçirilir. Bu səbədən sürücülər nəqliyyat vasitələrini adıçəkilən ləvazimatlarla təmin etməyə çalışırlar. Burada əsas məsələlərdən biri də bu avadanlığın yerləşdirilməsidir.

Lakin bəzi nəqliyyat vasitələrində yanğınsöndürmə balonu üçün avtomobilin konstruksiyasında yer nəzərdə tutulmayıb.

Ölkəmizdə köhnə buraxılış avtomobillər kifayət qədərdir. RTV (Region TV) xəbər verir ki, bu cür avtomobillər üçün yanğınsöndürmə balonları əldə edərkən onları bərkidmək üçün xüsusi tutacaq verilir. Bəs nəqliyyat vasitəsində bu avadanlıq necə yerləşdirilməlidir?

Digər bir məsələ isə yanğınsöndürmə balonunun həcmidir. Mütəxəssisin sözlərinə görə, minik avtomobilləri üçün balonun həcmi təlimatda göstərilməyib. Lakin yanğınsöndürmə balonu avtomobilin qabaritlərinə uyğun olmalıdır. Sürücülər isə bilməlidirlər ki, avtomobillərində od söndürənin olmamasına görə 50 manat ziyana düşə bilərlər. Qəza dayanma nişanı olmamasına görə də qanunda nəzərdə tutulan cərimə 50 manatdır. Tibb çantasının olmamasına görə isə qanunda  3-5 manat cərimə nəzərdə tutulub.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/395480.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR