Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Yol polisinin azyaşlını vurub öldürməsi ilə bağlı RƏSMİ AÇIQLAMA

Yol polisinin azyaşlını vurub öldürməsi ilə bağlı RƏSMİ AÇIQLAMA

Date: 5 January 2016 18:52

Baş Prokurorluğun mətbuat xidmətindən Milli.Az-a bildiriblər ki, kütləvi informasiya vasitəsində "Qan batıran prokuror" başlıqlı məqalədə Lənkəran rayonunun Xarxatan kənd sakini Zəminə Əbilovanın azyaşlı oğlunun avtomobil vurması nəticəsində vəfat etməsi faktına görə rayon prokurorluğunda başlanmış cinayət işinin icraatına guya rüşvət müqabilində xitam verilməsinə və prokurorluq əməkdaşları tərəfindən yol verilmiş digər qanunsuzluqlara dair həqiqəti əks etdirməyən informasiyalar yayılıb.

Qeyd edilənlərlə bağlı Baş Prokurorluq tərəfindən aparılmış araşdırmalarla müəyyən edilib ki, 18 iyun 2014-cü il tarixdə saat 14 radələrində Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının inspektoru Mayəddin Hüseynovun xidmətdən kənar müddətdə idarə etdiyi "Nissan" markalı avtomobillə Lənkəran-Boradigah yolunun Xarxatan kəndi ərazisindən keçən hissəsində hərəkətdə olarkən yolun sağ tərəfində dayanmış mikroavtobusun qarşısından yolu qaçaraq keçmək istəyən Z.Əbilovanın azyaşlı oğlunu vurması və rayon mərkəzi xəstəxanasında vəfat etməsi faktına görə həmin tarixdə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Cinayət-prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq hadisə yerinə və meyitə baxış keçirilmiş, hərtərəfli, tam və obyektiv istintaq aparılmaqla hadisənin şahidləri dindirilmiş, müvafiq ekspertizalar təyin edilərək rəylər alınıb və digər zəruri istintaq hərəkətləri yerinə yetirilib.

İş üzrə dindirilmiş Z.Əbilova, eyni zamanda hadisənin bilavasitə şahidləri olmuş mikroavtobusun sürücüsü və sərnişinləri ifadələrində azyaşlının mikroavtobusdan düşərək yolun soluna tərəf qaçaraq qəflətən M.Hüseynovun idarə etdiyi avtomobilin qarşısına çıxdığını bildiriblər. Bundan başqa təyin edilmiş məhkəmə-yol-nəqliyyat ekspertizasının rəyində də "Nissan" markalı avtomobilin sürücüsünün hadisənin qarşısını almağa texniki imkanı olmaması göstərilib və onun hərəkətlərində "Yol hərəkəti haqqında" Qanunun tələblərinə uyğunsuzluq müəyyən edilməyib. M.Hüseynovun əməlində cinayət tərkibi olmadığından 25 avqust 2014-cü il tarixli qərarla cinayət işinin icraatına qanuni və əsaslı olaraq xitam verilib.

Göstərilənlərlə yanaşı cinayət işinin istintaqı zamanı, eyni zamanda cinayət işi üzrə icraata xitam verilməsi barədə qərardan Z.Əbilova tərəfindən şikayət verilməyib, eləcə də aparılmış araşdırmalarla rayon prokurorluğunun əməkdaşları tərəfindən qanun pozuntusu hallarına yol verilməsi xüsusatları təsdiqini tapmayıb.

İlkin İzzət
Milli.Az


Tags:  Yol polisinin azyaşlını vurub öldürməsi bağlı RƏSMİ AÇIQLAMA


RƏYLƏR


Top news