"Qalatasaray" hollandiyalı futbolçu transfer edib

"Qalatasaray" hollandiyalı futbolçu transfer edib
18:52 5 Yanvar 2016
29 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 5 yanvar. REPORT.AZ/ Türkiyənin "Qalatasaray" klubu "Kasımpaşa"nın futbolçusu Rayan Henk Donku transfer edib. "Report"un "sarı-qırmızılar"ın rəsmi saytına istinadən verdiyi məlumata görə, 30 yaşlı mərkəz müdafiəçisinin keçidi ilə bağlı bütün məsələlərdə anlaşma əldə olunub. 
Müqaviləyə əsasən, Donkun keçmiş klubuna 2,5 milyon avro ödəniləcək. Oyunçunun özünə isə mövsümün sonunadək 750 min avro sabit əmək haqqı və start heyətində meydana çıxacağı 12-ci rəsmi matçından etibarən hər oyuna 15 min avro veriləcək. Növbəti 2 mövsümdə isə üst-üstə 3 milyon avro əmək haqqı, ilk "11-lik"dəki 25-ci rəsmi matçından etibarən 15 min avro bonus nəzərdə tutulub. 
Qeyd edək ki, müqavilə 2008-ci ilin iyununadək bağlanılıb.

Xəbərin orijinal ünvanı: http://report.az/futbol/qalatasaray-hollandiyali-futbolcu-transfer

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR