SOCAR 2015-ci ildə Ceyhan limanından 18 milyon tona yaxın xam neft ixrac edib

SOCAR 2015-ci ildə Ceyhan limanından 18 milyon tona yaxın xam neft ixrac edib
18:58 5 Yanvar 2016
15 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 5 yanvar, AZƏRTAC
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) 2015-ci ilin dekabrında Supsa limanından 253 min 506 ton, Ceyhan limanından isə 1 milyon 852 min 763 ton xam neft ixrac edib.
SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, ümumilikdə 2015-ci ildə Novorossiysk limanından 1 milyon 270 min 108 ton, Supsa limanından 2 milyon 794 min 905 ton, Ceyhan limanından isə 17 milyon 931 min 458 ton xam neft ixrac olunub. SOCAR tərəfindən ixrac olunmuş xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də şirkətin özünə məxsus xam neft həcmlərini əks etdirir.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/SOCAR_2015_ci_ilde_Ceyhan_limanindan_18_milyon_tona_yaxin_xam_neft_ixrac_edib-916259

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR