​Əfqanıstanda hərbi helikopter qəzaya uğrayıb

​Əfqanıstanda hərbi helikopter qəzaya uğrayıb
19:12 5 Yanvar 2016
22 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 5 yanvar. REPORT.AZ/ Əfqanıstanın cənubunda Gilmendə əyalətində helikopter qəzaya uğrayıb.
"Report" xəbər verir ki, bu haqda "Sinxua" agentliyi məlumat yayıb.
Məlumata görə, hadisə qurbanı və xəsarət alanlar barədə informasiya yoxdur.
İlkin məlumata əsasən, helikopter hökumət qüvvələrini dəstəkləyən xarici hərbçilərə aiddir.
Qeyd edək ki, bu, yeni ildə qəzaya uğrayan ikinci helikopterdir. Birinci hadisə yanvarın 3-də baş verib. Onda ölkənin şərqində yerləşən Loqar əyalətində "Mi-17" helikopteri qəzaya uğramışdı. Həmin olay nəticəsində 3 hərbçi həyatını itirmiş, ikisi isə yaralanmışdı.
Qəzanın texniki nasazlıqdan baş verdiyi bildirilib. 

Xəbərin orijinal ünvanı: http://report.az/diger-olkeler/efqanistanda-herbi-helikopter-qezaya-u

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR