Azərbaycanda dollar satanlar cəzalandırıldı (VİDEO)

Azərbaycanda dollar satanlar cəzalandırıldı (VİDEO)
19:16 5 Yanvar 2016
72 Ölkə
Ölkə mətbuatı
A- A+

Lənkəran polisi rayon ərazisində qanunsuz valyuta mübadiləsi ilə məşğul olanlara qarşı reyd keçirib.

ANS TV-nin məlumatına görə, "Böyük bazar" ərazisində keçirilən reyd zamanı valyuta tənzimi qaydasını pozduqları üçün Bakı şəhər sakini 40 yaşlı Vüqar Rzayev və Lənkəran sakini 54 yaşlı Hadı İbrahimov saxlanılıb.

Saxlanılan zaman onların üzərində xeyli miqdarda ABŞ dolları və Rusiya rublu aşkarlanıb. Hər iki şəxs Lənkəran Rayon Polis Şöbəsinə gətirilib və barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə cəza tədbiri seçilib.

Lənkəran rayon polis şöbəsindən bildirildi ki, bu cür reydlər mütəmadi keçiriləcək.




Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=368935

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR