Ölən insanları diriltmək mümkün olacaq - FOTO

Ölən insanları diriltmək mümkün olacaq - FOTO
19:17 5 Yanvar 2016
110 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ-da Joş Bocanegra adlı mütəxəssis tərəfindən qurulan "Startup Humai" şirkəti ölmüş insanları yenidən həyata qaytara biləcək kəşfə imza atıb.

Publika.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, şirkət 2045-ci ildən etibarən ölmüş insanları həyata qaytarmağı düşünür. Bunun üçün də şirkət hər hansı bir insanın beynini hazırlayıb ölmüş cəsədə nəql etməklə həyatı geri qaytara biləcəyini və heç zaman ölməyəcəyini bəyan edir.

Bundan əlavə, şirkət insan ömrünü uzadacaq texnologiya üzərində çalışır. "Startup Humai" şirkətinin əsas məqsədi ölüləri diriltməkdir. Şirkət bəyan edir ki, dünyada ölümsüz insan yaratmaq inqilabı üçün ən azı 30 il vaxt lazımdır. Bu da təqribən 2045-ci ilədək mümkün olacaq.

Milli.Az
 

     





Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/395424.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR