Gürcüstan azərbaycanlıları aksiya keçirib

Gürcüstan azərbaycanlıları aksiya keçirib
19:19 5 Yanvar 2016
33 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycanlılar Parisdə yürüş keçirdi (27 Aprel 2017 16:43)
Xocalı soyqırımının 25-ci ildönümü ilə bağlı Tbilisidə aksiya keçirildi - FOTO (27 Fevral 2017 09:52)
Tbilisidə "Xocalıya ədalət" şüarı ilə aksiya keçirilib (25 Fevral 2017 13:52)

Bu gün Tiflis yaxınlığındakı Soğanlıq (Poniçala) kəndində 23 yaşlı azərbaycanlı gəncin qətli ilə bağlı aksiya keçirilib.

 

APA-nın Gürcüstan bürosunun məlumatına görə, aksiyaya səbəb kənddə vəhhabi təriqətinə məxsus azərbaycanlının öz dostunu qətlə yetirməsi olub. Qətlə yetirilən Fikrət Əhmədovun yaxınları və kənd sakinləri bu gün keçirdikləri aksiyada radikal vəhhabiliyin yayılmasına etiraz ediblər.

 

Gürcüstanın müxtəlif yerlərindən gəlmiş müsəlmanlar "Vəhhabizm vandalizm!", "Vəhhabilik İslam deyil!" və digər şüarlar qaldırıblar.

 

Aksiyada çıxış edən Əhli-Beyt məscidinin axundu Hacı Rahid Kərimov, Gürcüstan Müsəlmanları İdarəsinin Kvemo Kartli bölgəsi üzrə nümayəndəsi Hacı Qurban Murquzov və başqaları vəhhabiliyin İslam dininə aidiyyəti olmadığını bildirib, bu təriqətə qoşulanları kəskin şəkildə pisləyiblər.

 

Çıxışçılar vəhhabi təriqətindən olanların Soğanlıq kəndində qarşıdurma yaratmağa cəhd etdiklərini, onların mövqeyini qəbul etməyən kənd sakinlərinə təzyiq göstərdiklərini bildiriblər. Onlar hüquq-mühafizə orqanlarını vəhhabiliyin qarşısını almağa çağırıblar.

 

"Biz 2013-cü ildə naməlum şəxslərin kənddə məscid tikintisinə etiraz etdik və üç dəfə Tiflis şəhər meriyası qarşısında etiraz aksiyası keçirdik. Sonra tikinti dayandırıldı. İndi hər cümə günləri bu yarımçıq tikiliyə ayrı-ayrı kəndlərdən müxtəlif insanlar, çeçenlər, ərəblər, naməlum şəxslər gəlir, zirzəmidə namaz qılırlar. Biz buna etiraz edirik", - deyə, Hacı Rahid Kərimov bildirib.

 

Qətlə yetirilmiş Fikrət Əhmədovun anası Zərəngül Əhmədova isə bildirib ki, kənd sakini Ramin İsayev oğluna iki bıçaq zərbəsi vurub: "O, oğlumdan soruşub ki, niyə "İmedi" kanalına müsahibə verib və vəhhabiləri pisləyib. Amma mən onun müsahibəsinə baxmışam. Oğlum orda qeyri-adi bir şey deməyib, ondan soruşublar ki, vəhhabilər məscidin zirzəmisində nə işlə məşğul olurlar. O da bildirib ki, mən bunu deyə bilmərəm, gedin özlərindən soruşun".

 

Z. Əhmədova deyib ki, oğlunu qətlə yetirən Ramin İsayev onların uzaq qohumudur və oğlu ilə də əvvəllər normal münasibəti olub: "O, altı ay bundan əvvəl vəhhabilərə qoşulub. Dünən kənd sakini Növrəs Əliyev oğlumun qətli ilə bağlı "Rustavi-2" kanalına müsahibə verib. Vəhhabilərdən ona hədə-qorxu mesajı gəlib. Yazıblar ki, sənin də başını kəsəcəyik".

 

Qeyd edək ki, ötən il dekabrın 27-də "İmedi" kanalına müsahibə verən Fikrət Əhmədov vəhhabi təriqətinin üzvü olan həmkəndlisi Ramin İsayev tərəfindən bıçaqlanaraq qətlə yetirilib.

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Hansı günlərdə oruc tutmaq müstəhəb sayılır?

28 May 2017 19:22

Polis cinayətkarları dronla təqib edəcək

28 May 2017 19:17

Monako Qran-prisinin qalibi

28 May 2017 19:15

Evlərə girib hamını bir-bir güllələdi - ABŞ-da qətliam

28 May 2017 19:14

İslamın ilk illərində necə oruc tuturdular?

28 May 2017 19:12

28 yaşlı Kənanın ürək dağlayan taleyi: nişanlısı ilə kəbin kəsdirdi, 3 gün sonra öldü

28 May 2017 19:09

Mançesterdəki terror aktı ilə əlaqəli daha bir nəfər saxlanılıb

28 May 2017 19:08

Oruclu adamların yayda ən çox ehtiyac duyduğu meyvələr

28 May 2017 19:08

Şimali Koreya raket buraxdı - VİDEO

28 May 2017 19:05

Bakıda ikinci əl avtomobillər ucuzlaşmağa başlayıb - FOTO

28 May 2017 19:05

Avtomobildəki 6 nəfər xəstəxanalıq oldu - onlardan üçü uşaqdır

28 May 2017 19:04

Lənkəranda yaşlı kişini maşın vuraraq öldürüb

28 May 2017 19:02

Cocuq Mərcanlıda 1168 ədəd qəlpə aşkarlanıb

28 May 2017 19:01

Gediş haqqını baha deyən taksi sürücüsünü təpiklədilər - BAKIDA

28 May 2017 18:54

Lənkəranda müəllimin qeyri-adi tədris üsulu

28 May 2017 18:53

Bu gün 50 illik yubileyi olacaqdı, oğlu öldürdü...

28 May 2017 18:47

Lənkəranda AĞIR QƏZA - 7 nəfər... - FOTOLAR

28 May 2017 18:43

Cocuq Mərcanlıda 1168 ədəd qəlpə aşkarlanıb (FOTO)

28 May 2017 18:43

ABŞ Rəqqanı bombaladı: 20 sakin öldü

28 May 2017 18:42

Dolların sabaha olan məzənnəsi

28 May 2017 18:39

Lənkəranda ağır yol qəzası

28 May 2017 18:28

2 azyaşlı bağlı qapı arxasında qaldı

28 May 2017 18:18

XİN: Türkiyə Liviyada vəziyyətin gərginləşməsindən narahatdır

28 May 2017 18:15

Sürücü vurduğu piyadanı xəstəxanaya çatdıra bilmədi - Yolda öldü

28 May 2017 18:12

Qoyun əti ucuzlaşıb – QİYMƏT

28 May 2017 18:12

Çində bir şəxs bıçaqla ətrafdakılara hücum etdi

28 May 2017 18:07

Lənkəranda 7 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol qəzası baş verib

28 May 2017 18:02

ABŞ-da silahlı şəxs polis zabiti də daxil olmaqla 8 nəfəri güllələyib

28 May 2017 17:52

Ronaldu: "Zidan mənə hücumda sərbəstlik verib"

28 May 2017 17:52

Çində kişi bıçaqla 6 nəfəri öldürüb, 12 nəfəri yaralayıb

28 May 2017 17:50

Luis Enrike futboldan gedir?

28 May 2017 17:49

Çində restoranda partlayış: 12 yaralı

28 May 2017 17:48

O futbolçu üçün 130 milyon avro - Hansı kluba gedir?

28 May 2017 17:47

Fəridə yol qəzasında həyatını itirdi

28 May 2017 17:47

Bakıda iş adamının arvadı onu izləyən polis əməkdaşını döyüb

28 May 2017 17:38

Daha bir müğənni evlənir - Vaxtı açıqladı

28 May 2017 17:37

28 may - Respublika Günü münasibətilə Silahlı Qüvvələrdə silsilə tədbirlər keçirilib

28 May 2017 17:30

Təhlükəli qadın mafiya başçısı tutuldu - FOTO

28 May 2017 17:27

Çində naməlum şəxs insanlara hücum edib: ölənlər və yaralananlar var

28 May 2017 17:27

Bakıda bulvarda intihara cəhd

28 May 2017 17:15

“Cəsur və Gözəl”in izləyicilərinə BƏD XƏBƏR

28 May 2017 17:13

"Qalatasaray" və "Beşiktaş"ın stadionunun adında dəyişiklik

28 May 2017 17:12

Bakıda yol polisinin qovduğu maşın qəzaya düşdü: ölən və yaralanan var

28 May 2017 17:09

Yol polisi maşını qovdu

28 May 2017 17:08

Beynəlxalq koalisiyanın Suriyaya endirdiyi hava zərbəsi nəticəsində 20 dinc sakin həlak olub

28 May 2017 17:07

Viləşçayda batan 2 nəfərin cəsədi tapıldı

28 May 2017 16:58

Ordumuz düşməni vahiməyə saldı

28 May 2017 16:56

Üzük barmağından çıxmadı, FHN köməyə gəldi

28 May 2017 16:52

Kürdəmirdə avtomobil yanıb

28 May 2017 16:44

Əli Əliyev növbəti dəfə partiya sədri seçildi - FOTOLAR

28 May 2017 16:43