Mikroavtobus qəzaya düşdü: 4 yaralı

Mikroavtobus qəzaya düşdü: 4 yaralı
19:42 5 Yanvar 2016
33 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gün Şəkinin Baş Laysqı kəndində qəza baş verib.

Milli.Az Kanal S-ə (Region TV) istinadən xəbər verir ki, sərnişin daşıyan mikroavtobus idarəetməni itirərək yoldan çıxıb. Şəhər istiqamətində hərəkət edən mikroavtobus buzlu yoldan çıxaraq qəza törədib.

Nəticədə 4 sərnişin, 1972-ci il təvəllüdlü Mehman Əmiyev, 1966-ci il təvəllüdlü Mahi Oqurxanova, 1961-ci il təvəllüdlü Elmira Abdülkərimova və 2007-ci il təvəllüdlü Valentina Ramazanova xəsarət alıb.

Xəstələr dərhal Baş Göynük tibb məntəqəsinə yerləşdiriliblər. Məntəqədən isə təcili yardım briqadası tərəfindən Şəki Rayon Mərkəzi Xəstəxanasına çatıdırılıblar. Hazırda xəstələrdən biri reanimasiyada, ikisi isə cərrahiyə şöbəsindədir. Bir nəfər isə ambulator müalicə aldıqdan sonra evə buraxılıb.

Qeyd edək ki, xəsarət alan hər 4 şəxs Baş Göynük kənd sakinləridir. Qəzayla bağlı Şəki DYPB tərəfindən araşdırma aparılır.    

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/395489.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR