Lənkəranda məhsul istehsalçıları bu il texnika və mineral gübrələrlə tam təmin ediləcək

Lənkəranda məhsul istehsalçıları bu il texnika və mineral gübrələrlə tam təmin ediləcək
19:48 5 Yanvar 2016
19 Digər
Ölkə mətbuatı
A- A+


Lənkəran, 5 yanvar, Bağır Əliyev, AZƏRTAC
“Aqrolizinq” ASC-nin Cəlilabad regional nümayəndəliyi fermerlərə lazımi texnikaların gətirilməsində kömək göstərməklə yanaşı, məhsul istehsalçılarını mineral gübrələrlə də təmin edir.
ASC-nin Cəlilabad regional nümayəndəliyinin Lənkəran bölməsinin rəhbəri Sərraf Heydərov AZƏRTAC-a bildirib ki, müəssisə builki təsərrüfat ilində məhsul istehsalçılarını lazımi texnika və mineral gübrələrlə təmin etməyə tam hazırdır.
Ölkəmizdə aqrar sahənin inkişafına dövlətimiz tərəfindən hərtərəfli dəstəyin verildiyini vurğulayan S.Heydərov kənd təsərrüfatında məhsul istehsalçılarına müəyyən güzəştlərin tətbiq olunduğunu, o cümlədən mineral gübrələrin 70 faiz güzəştlə satıldığını, texnikaların isə 40 faiz güzəştlə 10 il müddətinə lizinq yolu ilə verildiyini diqqətə çatdırıb.
“Bölmədə hazırda 1000 ton gübrə var. Əgər bu, azlıq edərsə, əlavə də gətiriləcək. Həmçinin 50 faiz güzəşt və qalan dəyərin 3 il müddətinə ödənilməsi şərti ilə fermerlərə damazlıq mal-qara da təklif olunur”, - deyə S.Heydərov bildirib.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Lenkeranda_mehsul_istehsalchilari_bu_il_texnika_ve_mineral_gubrelerle_tam_temin_edilecek-916280

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR