Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

“Sərhədçi” İdman Olimpiya Mərkəzinin budoçuları beynəlxalq turnirdə uğurla çıxış ediblər

“Sərhədçi” İdman Olimpiya Mərkəzinin budoçuları beynəlxalq turnirdə uğurla çıxış ediblər

Date: 5 January 2016 20:03


Bakı, 5 yanvar, AZƏRTAC
Hövsan Olimpiya İdman Kompleksində budo döyüş növləri üzrə beynəlxalq turnir və kubok yarışları keçirilib.
AZƏRTAC xəbər verir ki, turnirdə dünya və Avropa çempionu, dünya kubokunun sahibi, Əməkdar Məşqçi, “Sərhədçi” İdman Olimpiya Mərkəzinin baş məşqçisi, kapitan Fuad Zeynalovun rəhbərliyi ilə 23 idmançı gücünü sınayıb.
Komanda yarışı 6 qızıl, 5 gümüş və 3 bürünc medalla başa vurub.
F.Zeynalov qeyd edib ki, ölkəmiz bütün sahələrdə olduğu kimi, idmanda da misilsiz uğurlar qazanıb. Milli komandanın hazırlığı üçün həm dövlət, həm də federasiya tərəfindən yüksək şərait yaradıldığını vurğulayan E.Zeynalov deyib: “Xüsusən də Dövlət Sərhəd Xidmətinin rəisi - Sərhəd Qoşunlarının komandanı, general-polkovnik Elçin Quliyevə minnətdarlığımı bildirirəm. Yaradılan şərait nəticəsində idmançılarımız mötəbər yarışlarda Azərbaycan bayrağını yüksəldirlər”.
Dünya Budo Döyüş Növləri Federasiyası 82 ölkədə fəaliyyət göstərir.

Tags:  Sərhədçi İdman Olimpiya Mərkəzinin budoçuları beynəlxalq turnirdə uğurla çıxış ediblər


RƏYLƏR


Top news