Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Dərsliklərin monitorinqinə dair seminarlar başlanacaq

Dərsliklərin monitorinqinə dair seminarlar başlanacaq

Date: 5 January 2016 20:18


Bakı, 5 yanvar, AZƏRTAC 
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında (TQDK) ümumtəhsil fənləri üzrə dərslik, dərs vəsaiti və digər tədris vasitələrinin elmi-metodik monitorinqinə dair seminarlar yanvarın 11-dən fəaliyyətə başlayacaq.
TQDK-dan AZƏRTAC-a bildiriblər ki, seminarlarda ümumi təhsil səviyyəsinin VI və VIII siniflərində istifadədə olan dərslik dəstlərinin müzakirəsi aparılacaq.
TQDK-nın Naxçıvan, Gəncə, Lənkəran, Şəki, Xaçmaz, Göyçay, Ağcabədi və Şirvan regional bölmələri ilə “Skype” proqramı vasitəsilə bağlantı qurulacaq.
Seminarlarda iştirak etmək istəyənlər TQDK-nın ümumtəhsil fənləri üzrə dərslik, dərs vəsaiti və digər tədris vasitələrinin monitorinqi şöbəsinə, bölgələrdə isə Komissiyanın regional bölmələrinə müraciət etməklə qeydiyyatdan keçməlidirlər.
Elmi-metodik seminarların iş qrafiki TQDK-nın rəsmi internet saytında verilib.

Tags:  Dərsliklərin monitorinqinə seminarlar başlanacaq


RƏYLƏR


Top news