Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 5 Yanvar

Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 5 Yanvar
20:24 5 Yanvar 2016
61 Ölkə
Ölkə mətbuatı
A- A+

GÜNÜN ŞƏRHİ
 
İranın nüvə proqramına “yaşıl işıq” yandırılması bu ölkənin Yaxın Şərqdə və ümumiyyətlə islam aləmində statusunun dəyişməsi deməkdir. Bununla İran nüvə dövləti olmasa da, nüvə texnologiyalarına malik dövlət statusu qazanır. İran nüvə texnologiyaları dövləti statusu qazanmaqla faktiki olaraq islam dünyasının Pakistandan sonra ikinci belə ölkəsinə çevrilmiş olur. Tehran bu statusu ilə Yaxın Şərqdəki ən böyük rəqibləri olan Türkiyə, İsrail və ən əsası Səudiyyə Ərəbistanını bir addım üstələmiş sayılır. Bu mənada hər üç ölkənin İranla çox asanlıqla münaqişəyə getməsi anlaşılandır. Başqa sözlə desək, ən kiçik səbəb belə bu ölkələri, o cümlədən Səudiyyə Ərəbistanını İranla münaqişəyə sövq edə bilər. Necə ki edib. Tehran - Ər-Riyad qarşıdurmasını sünni - şiə çəkişməsi kimi qələmə vermək düzgün deyil, məzhəb məsələsi sadəcə bu münaqişəni daha da alovlandırmaq üçün vasitədir. Münaqişə müharibəyə çevriləcəkmi sualına gəldikdə, müasir müharibələr klassik müharibələrdən fərqlənir. Müharibə heç də digərinin ərazisinə hərbi müdaxilə etmək deyil. İran və Səudiyyə Ərəbistanı on illərdir müharibə şəraitindədir. Bu ölkələr Suriya, İraq, Bəhreyn və Yəməndə bir-birinə qarşı döyüşürlər. Günün sualı “bu qarşıdurma neftin bahalaşmasına təsir edəcəkmi” də deyil. Bazarların münaqişəyə ilkin reaksiyası psixoloji xarakter daşıyırdı və qiymətlərin artıb – azalması göstərdi ki, bu qarşıdurma belə neftin qiymətlərini bahalaşdırmayacaq. Günün sualı başqadır - Səudiyyə ilə İranın çəkişməsi OPEK-də qərarların qəbuluna necə təsir göstərəcək? Hər iki ölkənin OPEK-də xüsusi çəkisi böyükdür və çəkişmə OPEK müstəvisinə keçərsə, o zaman dünyanın neft bazarında xaos yaşanacağını indidən söyləmək olar.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/227594

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR