İran daha bir yeraltı raket bazasını göstərdi

İran daha bir yeraltı raket bazasını göstərdi
20:24 5 Yanvar 2016
34 Dünya
Ölkə mətbuatı
A- A+

İran yeni yeraltı raket qurğuları bazasını nümayiş etdirib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, qeyd olunan obyektə İran parlamentinin spikeri Əli Laricaninin baş çəkməsini əks etdirən videoçarx “Tasnim” xəbər agentliyi tərəfindən yayımlanıb.   

 

Qeyd edək ki, oktyabrın ortalarında İran mətbuatında 500 metr yerin dərinliyində yaradılan raket bazası haqqında yayımlanan videoreportajda İslam İnqilabı Keşikçiləri Korpusu Aerokosmik Qüvvələrinin briqada generalı Əmir Əli Hacızadə nümayiş etdirilən obyektin ölkədəki bir çox yeraltı raket bazalarından biri olduğunu qeyd etmişdi. Bundan bir müddət sonra digər briqada generalı Hüseyn Səlami söhbətin yalnız  İslam İnqilabı Keşikçiləri Korpusunun ehtiyat texnikası üçün nəzərdə tutulmuş “köhnə” anbarından getdiyini bildirmişdi.

 

Yayımlanan yeni videoçarxda müxtəlif tipli mobil qurğular üzərində quraşdırılmış  “Emad” tipli uzaqmənzilli ballistik raketlər əks olunub.    

 

Bundan əvvəl İranın oktyabrın 11-də bu tip raketləri uğurla sınaqdan keçirdiyi bildirilib.  

 

Dekabrın sonunda İran prezidenti Həsən Ruhani ABŞ tərəfindən sanksiyaların mümkün genişləndirilməsinə cavab olaraq Müdafiə Nazirliyinə raket proqramının genişləndirilməsinə dair göstəriş verib. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/227593

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR