Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

"Ded Xasan"ın qohumu azərbaycanlı "qanuni oğru"nun yanında döyüldü

"Ded Xasan"ın qohumu azərbaycanlı "qanuni oğru"nun yanında döyüldü

"Rövşən ona zəng edib demişdi ki, sən kimsən ona-buna oğru adı verirsən?.. - ANONS (26 Mart 2017 14:09)
SSRİ-nin ən gənc oğrusu "Lotu Quli"ylə şərik oldu - FOTO (18 Fevral 2017 10:47)
SSRİ-nin ən gənc oğrusu "Lotu Quli"ylə şərik oldu - CİNAYƏT DOSYESİ - FOTO (17 Fevral 2017 15:54)

Tarix: 5 Yanvar 2016 20:37

Moskvada "Alik Krasnodarski" ləqəbli kriminal avtoritet Roman Rasoyev vəhşicəsinə döyülüb. O, "qanuni oğru" Aslan Usoyanın ("Ded Xasan") qohumu olub və əvvəllər onun yaxın çevrəsinə daxil imiş.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, qanqsterin payını məşhur dağıstanlı mafioz Amir verib.

Hüquq-mühafizə orqanlarından olan mənbə bildirib ki, hadisə Moskvanın iri ticarət mərkəzində, Böyük teatrın yaxınlığında baş verib.

Roman Rasoyev ora tanışı, azərbaycanlı "qanuni oğru" Vaqif Süleymanov (Vaqif Bakinski) ilə alış-veriş etməyə gəlib. Təsadüfən "Alik Krasnodarski"nin ona 50 milyon rubl (720 min dollar) borclu olduğunu ehtimal edən dağıstanlı avtoritet Amir ilə görüşüblər.

Ticarət mərkəzinin barında Amir Rasoyevi vəhşicəsinə döyüb, daha sonra isə mühafizəçilərin müşayiəti ilə hadisə yerini tərk edib. Rasoyev bir neçə sınıq xəsarəti, o cümlədən çənə sınığı ilə xəstəxanaya yatırılıb.

Milli.Az


Teqlər:  Ded Xasanın qohumu azərbaycanlı qanuni oğrunun yanında döyüldü



RƏYLƏR


Top xəbərlər