Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Aİ-nin qərarı ilə Estoniyada qunduz və yenotla qarşı mübarizə aparılacaq

Aİ-nin qərarı ilə Estoniyada qunduz və yenotla qarşı mübarizə aparılacaq

Date: 5 January 2016 20:38


Tallinn, 5 yanvar, AZƏRTAC
Aİ ölkələri Avropa təbiətinə yabançı olan bitki və heyvan növlərinin siyahısını bəyənib. Bu siyahıya daxil olan flora və fauna növlərinin idxalına və satışına qadağa qoyulub. Artıq Aİ ölkələrinə yol tapan növlər isə nəzarətə götürülməli və hətta məhv edilməlidir. Estoniya üçün bu qərar, məsələn, qunduz, yenot, rotan balığı, Amerika xərçəngi və baldırğana qarşı mübarizə aparmaq deməkdir.
Aİ-nin yad bitki və heyvan növlərinin Avropa ərazisinə daxil olmasının profilaktikası barədə bir il əvvəl qüvvəyə minən göstərişi invaziv növlərin yayılmasına yol verməmək üçün bütün Aİ ölkələrinin tədbirlər görməsini nəzərdə tutur. Milli hökumətlər təsdiq edilmiş siyahıdakı hansı bitki və heyvan növlərinin öz ölkəsində məskunlaşmasını və çoxalmasını öyrənməli, nəzarət sistemi tətbiq etməli və mübarizə tədbirləri görməlidir.
İlkin siyahıya 37 flora və fauna növü daxil edilib. Amma zaman keçdikcə bu siyahıya yeni növlər əlavə olunacaq. Siyahıya daxil edilən növlərin bir hissəsi artıq Estoniya ərazisində mövcuddur. Məsələn, Karolina kabombası (cabomba caroliana) kimi akvarium bitkisi, yaxud ölkədə geniş yayılan yabanı baldırğan bitkisi. Siyahıda Estoniya rahat yaşayan boz dələ, qunduz, Amerika xərçəngi və yenot kimi fauna nümayəndələri də var. Yerli təbiətə uyğunlaşan bu növlər ənənəvi flora və fauna növlərini sıxışdırıb çıxarır.
Qara siyahıya düşən və ayrı-ayrı adamların evlərində yaşayan heyvanlar sterilizasiya edilməli və vəhşi təbiətdən təcrid olunmalıdır. Adı siyahıya düşən heyvanları bu ilin axırınadək zoomağazalarda satmaq olar, amma gələcəkdə onların ölkəyə gətirilməsinə qadağa qoyulacaq. Siyahıda yer alan və kommersiya məqsədi ilə çoxaldılan heyvanlar humanist yolla məhv edilməlidir.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Tallinn

Tags:  Aİ-nin qərarı Estoniyada qunduz yenotla qarşı mübarizə aparılacaq


RƏYLƏR


Top news