Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Azərbaycanlı qızlar dava etməkdən yorulmurlar..." - Türkiyə mətbuatı - VİDEO

"Azərbaycanlı qızlar dava etməkdən yorulmurlar..." - Türkiyə mətbuatı - VİDEO

Date: 5 January 2016 20:52

Türkiyənin "Hürriyet" qəzeti "Azad Azərbaycan" telekanalında yayımlanan "Bu stil mənim" proqramı haqda yazıb.

Milli.Az musavat.com-a istinadən xəbər verir ki, Türkiyə mətbuatı Türkiyənin "Bu tarz benim" proqramının Azərbaycan versiyası olan "Bu stil mənim"də qızların dava etməsi məsələsinə toxunub:

"Qızlar dava etməkdən yorulmurlar. "Bu tarz benim" proqramının Azərbaycan versiyası olan "Bu stil mənim" yayımlanmağa başlayıb. ATV-də nümayiş olunan proqramın münsif kürsüsündə aktyor Tolqa Karelin keçmiş həyat yoldaşı, maneken Günay Musayeva da əyləşir. Hər gün yeni bir konseptlə səhnəyə çıxan müsabiqə iştirakçıları bir-birilərinə kinayəli sözlər atıb, dava salırlar".

Qeyd edək ki, "Bu stil mənim" gözəllik yarışmasının çəkilişləri Türkiyədə baş tutur. Müsabiqənin münsifləri modelyer Fəxriyyə Xələfova, model Günay Musayeva, teleaparıcı Zaur Baxşəliyevdir. Proqramın aparıcılığını isə Günay Baxşəliyeva edir.

Milli.Az


Tags:  Azərbaycanlı qızlar dava etməkdən yorulmurlar Türkiyə mətbuatı VİDEO


RƏYLƏR


Top news