Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Bəhreyndən İrana qarşı növbəti sərt addım

Bəhreyndən İrana qarşı növbəti sərt addım

İsrailin müdafiə naziri İrana qarşı ittifaq yaradılmasını təklif edib (28 Fevral 2017 15:57)
Tramp: "Əlimdən gələni edəcəm ki, İranın..." (15 Fevral 2017 23:23)
Tramp: "Əlimdən gələni edəcəm ki, İranın nüvə silahı olmasın" (15 Fevral 2017 22:12)

Tarix: 5 Yanvar 2016 20:54

Bəhreyn İranla hava əlaqəsini dayandırdığını elan edib. APA-nın “Reuters”ə istinadən verdiyi xəbərə görə, bu barədə Bəhreyn televiziyası məlumat yayıb.

 

Qeyd edək ki, yanvarın 4-də Bəhreyn İranla diplomatik əlaqələri kəsib.

 

Bundan öncə Səudiyyə Ərəbistanı İranla diplomatik əlaqələri kəsdiyini bəyan edib. Tehranla Ər-Riyad arasındakı münasibətlərin gərginləşməsinə səbəb şiə din xadimi, vaiz Nimr ən-Nimrin Səudiyyə Ərəbistanında edam edilməsi olub.

 

Onu da əlavə edək ki, Bəhreyn İranla diplomatik əlaqələri kəsdiyini bəyan etdikdən sonra Birləşmiş Ərəb Əmirlikləri Tehranla diplomatik təmsilçilik səviyyəsini aşağı saldığını açıqlayıb. 


Teqlər:  Bəhreyndən İrana qarşı növbəti sərt addım



RƏYLƏR


Top xəbərlər