Nazirlik 28 nəfəri qara siyahıya saldı

Nazirlik 28 nəfəri qara siyahıya saldı
21:05 5 Yanvar 2016
55 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi milli parkların ərazisinə səyahət etmək imkanları məhdudlaşdırılan şəxslərin qara siyahısını hazırlayıb.

Milli.Az XəzərXəbər-ə istinadən bildirir ki, milli parkların ərazisində daxili davranış qaydalarını kobud şəkildə pozan və bununla da gələcəkdə milli parkların ərazisinə səfər etmək imkanları məhdudlaşdırılan şəxslərin siyahısına 28 nəfərin adı daxil edilib. Siyahıya Quba, Qəbələ, İsmayıllı, Oğuz, Şamaxı sakinlərinin adları daxil edilib.

Hazırda 28 nəfərdən ibarət olan qara siyahıya Quba, Qəbələ, İsmayıllı, Oğuz və Şamaxı sakinlərinin adları daxil edilib. Bu şəxslər yaxın 3 il ərzində nəyinki qaunu pozduqları parkın ümumiyyətlə heç bir qoruğa buraxılmaycaqlar.çünki onların adları ümumi məlumat bazasına salınıb.

Nazirliyin departamentinin direktor müavini Hikmət Əlizadənin sözlərinə görə, qara siyahıya düşməmək üçün bilmək vacibdir ki, qoruqlara giriş qadağandır, milli parklar turistlərin yalnız üzünə açıqdır. Eyni zamanda hər milli parkın girişində , daxili intizam qaydalarını əks etdirən lövhələr yerləşdirilib ki, vətəndaşlar onlarla mütləq tanış olmalıdırlar.
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/395484.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR