Küveyt İrandakı səfirini geri çağırır - FOTO

Küveyt İrandakı səfirini geri çağırır - FOTO
21:12 5 Yanvar 2016
25 Digər
Ölkə mətbuatı
A- A+

Səudiyyə Ərəbistanında şiə şeyxinin edamı ilə bağlı gərginliyin kəskinləşməsindən sonra Küveyt İrandakı səfirinin geri çağrıldığını elan edib.
Milli.Az BBC-yə istinaadən bildirir ki, şənbə günü Ər-Riyad şiə ruhanisi şeyx Nimr əl-Nimr və daha 46 nəfərə dair çıxarılmış ölüm hökmünün icra olunduğunu bəyan edib.
Bundan sonra Səudiyyə Ərəbistanının Tehrandakı səfirliyi hücuma məruz qalıb, etirazçılar binaya od vurub.
Hücuma cavab olaraq, Səudiyyə Ərəbistanı İranla diplomatik əlaqələrini kəsib.
Bəhreyn, Sudan, Küveyt və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) İrandakı diplomatik nümayəndələrinin rütbələrini aşağı salıb.
İran səfirliyinə hücum BMT Təhlükəsizlik Şurası tərəfindən pislənilib.
ABŞ, BMT və Türkiyə mübahisə tərəflərini təmkinliyə səsləyiblər.
İran səfirliyinə hücum BMT Təhlükəsizlik Şurası tərəfindən pislənilib.
Etiraz çıxışları Hindistan paytaxtı Dehlidə də baş verib.
Səudiyyə Ərəbistanındakı edamla bağlı etirazlar həmçinin əhalisinin çoxu şiə olan Bəhreyndə baş verib
Səudiyyə Ərəbistanı və İran Yaxın Şərqin əsas rəqib gücləridir və Suriya ilə Yəmən münaqişələrində qarşı tərəfləri dəstəkləyirlər.
Ər-Riyad mübahisənin bölgədəki sülh prosesinə təsir etməyəcəyini desə də, Tehranın bu prosesdəki rolunu tənqid edib.
İran öz növbəsində Səudiyyənin siyasətini pisləyib. Prezident Həsən Ruhani deyib ki, Ər-Riyad "İranla siyasi əlaqələri kəsməklə ruhaninin edam edilməsi cinayətini ört-basdır" edə bilməz.
Küveyt hökuməti İrandakı səfirini geri çağırdığını elan edərkən "Səudiyyə səfirliyinə hücumu "beynəlxalq normaların biyabırçı şəkildə pozulması" adlandırıb.
Küveyt İran səfirini ölkədən xaric etməyib. Səudiyyə Ərəbistanındakı edamla bağlı etirazlar həmçinin əhalisinin çoxu şiə olan Bəhreyndə baş verib.
Səudiyyəni dəstəkləyən Bəhreyn hakimiyyəti etirazları güc istifadəsilə dağıdıb. Etiraz çıxışları Hindistan paytaxtı Dehlidə də baş verib.
Milli.Az



Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/395452.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR